Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:53

"Bizim Cəbiş müəllim" 100 yaşında- [Fotolar]


►Süleyman Ələsgərov 63 il fasiləsiz eyni teatrda çalışıb

Oktyabrın 15-də saat 19.00-da Dövlət Gənc Tamaşaçılar Teatrında xalq artisti, tanınmış teatr və kino aktyoru Süleyman Ələsgərovun anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, gecədə teatrın foyesində sənətkarın zəngin yaradıcılığını əks etdirən foto-sərgi nümayiş etdiriləcək.

Daha sonra böyük səhnədə görkəmli sənətkarla birgə çalışmış sənət dostları onunla bağlı xatirlərini bölüşəcək, sənətkarın çəkildiyi filmlərdən və oynadığı rollardan kadrlar nümayiş etdiriləcək.

Buna da bax: Güllə atılan kimi erməni nazir qaçdı- [Video]

Süleyman Ağababa oğlu Ələsgərov 1915-ci il iyunun 20-də Bakıda doğulub.

Səhnəyə 1933- cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb.

1936-cı ildən Gənc Tamaşaçılar Teatrına müsabiqə yolu ilə aktyor götürülüb.

S.Ələsgərov həmin teatrın səhnəsində altmış üç il fasiləsiz səhnəyə çıxıb.

“Dağlarda döyüş” (Mayor Poladov), “İstintaq davam edir” (Professor), “Bizim Cəbiş müəllim”, “Alma almaya bənzər” (Professor), “Bəxtiyar” (klub müdiri), “Köhnə bərə”, “Bağ evi”, “Bizi bağışlayın” kino-filmlərində, “Poçt qutusu”, “Günəş”, “Bir ailədə” və digər televiziya tamaşalarında oynayıb.

Görkəmli aktyor 1998-ci il dekabrın 10-da Bakıda vəfat edib.

XS
SM
MD
LG