Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:22

İndi bütün avtoritarların gözü Belarusdadır


MDB-nin Düşənbə sammitində
MDB-nin Düşənbə sammitində

AzadlıqRadiosunun müxbiri Mike Eckel yazır ki, Belarusda Lukashenka-nı seçki qələbəsi münasibətilə ilk təbrik edənlər Azərbaycan, Tacikistan, Özbəkistan, Rusiya və Qazaxıstanın liderləri olub.

Amma Alyaksandr Lukashenka-nı 6-cı dəfə prezident seçilməsi münasibətilə təbrik edən avtokratların səmimi təbrik sözlərinin arxasında onların özlərinin hakimiyyəti necə uzadacaqlarından və ictimaiyyətin mümkün müqavimətinə necə sinə gərəcəklərindən narahatlıq keçirdikləri sezilir.

Onların opponentlərinin də gözləri indi Belarusdadır. Onlar öz ölkələrində hakimiyyətə necə meydan oxumağı öyrənməyə çalışırlar.

Opponentlərin diqqətini bu da cəlb edib ki, Belarusda avqustun 9-da keçirilən prezident seçkisində heç ağla belə gəlməyən bir namizəd ictimaiyyətdən belə bir güclü dəstək görüb.

Ağ Evin və ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Paul Stronski deyir ki, keçmiş sovet respublikalarında avtoritar liderlər hakimiyyətlərini qoruyub saxlamağa çalışırlar. Rəsminin sözlərinə görə onlar həm də sabitlik istəyirlər:

“Sizin görməkdə olduğunuz zorakılıqları Azərbaycan və Qazaxıstan hökumətləri heç də görmək istəməzdilər. Onlar bu təbriklərlə sanki özlərinə ürək-dirək verirlər. Onlar Belarusda bu etiraz səhifəsinin tezliklə çevrilməsini istəyrilər ki, pis siqnal regiona yayılmasın”.

Oxşar vəziyyətlər

Lukashenka-nı təbrikə tələsən liderlərin bir neçəsi öz ölkələrində oxşar problem və narazılıqlarla üzbəüzdür. Onların çoxu həm koronavirus pandemiyası, həm də iqtisadi xaosla əlləşirlər. Bu problemlər onların qurduqları iqtisadiyyatın kövrəkliyini faş edib.

“Seçkidə yüksək iştirak və seçki nəticəsi bir daha xalqın sizə olan böyük etimadını göstərdi”.

Bunu təbrik mesajında Özbəkistan prezidenti Shavkat Mirziyoev yazıb. Amma əslində seçkidən dərhal sonra başlanan kütləvi etirazlar və Lukashenka-ya qələbə qazandırmış seçkinin rəsmi nəticələrinin saxta olduğunun iddia edilməsi Mirziyoevin təbrikində yazılanların əksindən xəbər verib.

Qazaxıstanda çox qocalmış Nursultan Nazarbayev hakimiyyətdən kənara çəkilsə də, bütün mümkün nüfuzlu postları özündə saxlayıb. Müşahidəçiləri onun təyin etdiyi prezident Qasym-Zhomart Toqaev-in nə müddətdə hakimiyyətdə qala biləcəyi maraqlandırır.

Qazaxıstanda ötən il hakimiyyətin belə ötürülməsi kütləvi etiraz aksiyalarına səbəb olmuşdu. Buna baxmayaraq ölkənin uzun müddətdən bəridir ki, sıxışdırlan və təqib edilən müxalifəti zəif və parçalanmış vəziyyətdədir. Lukashenka-nın indi etdiyi hərəkətlər onunla Nazarbayev arasında müəyyən parallellərdən xəbər verir.

Qazaxıstandan qaçaq düşmüş və milyonlarla dolları ölkədən oğurlamaqda ittiham olunan Mukhtar Ablyazov bildirib ki, Belarusda seçki nəticələri saxtalaşdırılıb. Hazırda müxalif möqvedən çıxış edən siyasətçi Qazaxıstan müxalifətini belaruslardan nümunə götürməyə çağırıb.

Qazaxıstanda yeni siyasi partiya yaratmış fəal Zhanbolat Mamai deyib:

“Diktatorlar heç vaxt qalib gələ bilməyəcəklər. Bu, Nazarbayev kimi başqa diktatorlara da dərs olmalıdır.”

Əliyev Lukashenka-nı təbrik etsə də…

Qazaxıstan və Özbəkistan kimi Azərbaycan da illərdir ki, iqtisadiyyatı dirçəltmək üçün neft və qaz ixracatına güvənib.

Prezident İlham Əliyev paytaxt Bakıda və ölkənin başqa yerlərində dəbdəbə görüntüsü yaratmağa çalışıb.

Bakıda etiraz aksiyalarından birində
Bakıda etiraz aksiyalarından birində

O da müxalifətçi qrupları, vətəndaş cəmiyyəti təşkilatlarını, müstəqil medianı qəddarlıqla əzməkdə, öz ailəsini varlandırmaqda ittiham edilir.

Əliyev Lukashenka-nı təbrik etsə də, müxalif partiyalardan birinin lideri olan Əli Kərimli Əliyevlə Lukashenka arasında parallellərə diqqət çəkir:

“Belarus xalqı üsyan qaldırıb, haqqını tələb edir və bütün bunları əlbəttə əldə edəcək. Repressiyalar və həbslər əbədi hakimiyyyətin qarantı deyil. Bu diktatorların hamısı tarixin qara səhifəsində qalacaq”.

Minskdə "OMON"la etirazçılar arasında qarşıdurma
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00

Rahmon "Azərbaycan modelinə" belə bağlayır

Müşahidəçilər bildirirlər ki, növbəti prezident seçkisinə hazırlaşan Tacikistan hazırda böyük risklərlə üz-üzədir.

İndiki prezident Emomali Rahmon 1992-ci ildən hakimiyyətdədir. O bütün keçmiş sovet liderləri arasında Lukashenka-dan da uzunömürlü olub.

Son illərdə o, müttəfiqləri və qohumları hakimiyyətlərini möhkəmlədən addımlar atıblar. Bu adamlar ölkənin zəif iqtisadiyyatının bütün sahələrinə nəzarət edirlər. Amma eyni vaxtda ölkənin bəzi əraziləri hökumətin nəzarətindən çıxıb.

Tacikistan üçün seçim: ya ata Emomali Rahman, ya oğul Rustam
Tacikistan üçün seçim: ya ata Emomali Rahman, ya oğul Rustam

68 yaşlı Rahmon oktyabrın 11-də keçiriləcək prezident seçkisində iştirak edib-etməyəcəyini hələ bildirməyib. Amma o ötən müddətdə oğlu Rustamı ölkənin ikinci şəxsinə çevirib və belə görünür ki, 2003-cü ildə Azərbaycanda olduğu kimi hakimiyyəti oğluna ötürmək istəyə bilər.

Hadisələrin belə mümkün inkişafı dəyişiklik istəyən taciklər arasında narahatlığa səbəb olub.

Stronski bildirir ki, Tacikistanda vəziyyət daha mürəkkəbdir:

“Tacikistan çox zəif ölkədir. Bu ölkə tam avtoritarlığa doğru hərəkət edib. Ölkə kirayə pulları ilə dolanıb. Hökumət ölkənin heç də bütün ərazisində nəzarətə malik deyil. Bu keçmiş Sovet İttifaqının ən zəif ölkəsidir”.

Lukashenka heç olmasa…

Eckel yazır ki, Lukashenka heç olmasa ölkəsində iqtisadiyyatın yavaş da olsa artımını təmin edə bilir. Müəyyən mərkəzləşdirilmiş sosial təminat sistemi yaradıb. Əslində indiyədək narazılıqların qarşısını bunlar alıb. Amma Belarusda işsizlik və geniş yayılmış yoxsulluq aradan qalxmayıb.

Heç bir təbii sərvəti olmayan Tacikistanı daha ağır bir aqibət gösləyə bilər.

Eckel yazır ki, hətta Gürcüstanda da hakim Gürcü Arzusu partiyası üsul-idarəsini möhkəmlətməyə çalışır.

Bu ölkədə 2019-cu ildə müxalifət tərəfdarlarının kütləvi etirazları qəddarlıqla yatırılıb.

Gürcüstanın təhlükəsizlik ekspertlərindən Teona Akubardia deyir ki, hətta Gürcüstan hökuməti də Belarusda baş verən çaxnaşmalardan nəticə çıxarmalıdır.

Ekspertin fikrincə, bu ölkədə qarşıdan gələn parlament seçkilərinə Rusiyanın müdaxilə edə biləcəyindən narahatlıqlar var.

Cəbhəçilərin yaxınları aksiya keçirdi: 'Bizə heç bir məlumat verilmir'
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

“Maydan” və “rəngli inqilab” sözlərini xofu

Eckel yazır ki, Ukraynada 2013-2014-cü ildə baş vermiş Maydan hadisələrinin əks-sədası keçmiş Sovet İttifaqının bir çox avtoritarlarının hələ də qulaqlarındadır.

O vaxt moskvayönlü prezident Viktor Yanukovych-in Kremlin təzyiqi altında Avropa İttifaqı ilə yaxın bağları qırmaq cəhdi onun devrilməsi ilə nəticələnmişdi.

Rusiya prezidenti Vladimir Putin bu hadisəni yanlış olaraq hələ də dövlət çevrilişi adlandırır.

O vaxtdan bəri həm Kreml, həm də regionun başqa avtoritarları Maydan hadisələrinin və “rəngli inqilabların” təkrar olunmaması üçün əllərindən gələni edirlər. Stronski deyir:

“Maydan və “rəngli inqilab” sözləri region boyunca hökumətlərin düşüncəsində çox pis mənaya malikdir. Onlar bunu aşağıdan yuxarı gələn hərəkat yox, hardansa yuxarıdan gələn bir hadisə kimi gözdən salmağa çalışırlar. Onlar bu hadisələrin bilərkdən xaos yaratmaq üçün törədildiyini iddia edirlər”.

XS
SM
MD
LG