Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:52

Rusiya diplomatlarını qovurlar


Sofiyada qrafiti
Sofiyada qrafiti

Bolqarıstan Rusiyanın 10 diplomatının diplomatik statuslarına uyğun gəlməyən fəaliyyətlə məşğul olduqlarını deyərək ölkədən çıxarır.

Xarici İşlər Nazirliyinin martın 18-də yaydığı bəyanata görə, diplomatlara ölkəni tərk etməyə 72 saat vaxt verilib.

Diplomatların çıxarılmasına detallı izahat verilmir. Amma Rusiya fevralın 24-də Ukraynaya qarşı səbəbsiz müharibəyə başlayandan Rusiyanın Sofiyadakı səfiri dəfələrlə Bolqarıstanın münaqişəylə bağlı mövqeyi haqda ziddiyyətli bəyanatlar səsləndirib.

Nazirlik ölkədən çıxarılan diplomatların adlarını açıqlamayıb.

Latviya, Litva, Estoniya

Bolqarıstanın ardınca Estoniya Rusiya diplomatik nümayəndəliyinin 3 əməkdaşını persona non grata elan edib.

Martın 18-də Latviya 3, Litva isə 4 Rusiya diplomatının ölkədən qovulmasına qərar veriblər.

Bu yaxınlarda Bolqarıstanda polisin əməliyyatı çərçivəsində ölkənin keçmiş baş naziri, müxalif “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı uğrunda” partiyasının lideri Boyko Borisovu saxlayıb.

Bu polis reydi Avropa İttifaqı prokurorluğun vəsaitlərin xərclənməsi zamanı sui-istifadəyə yol verilməsinə dair araşdırması ilə bağlıdır.

XS
SM
MD
LG