Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:53

Blinken Rusiyanı hərbi cinayətləri dayandırmağa çağırdı


ABŞ dövlət katibi Entoni Blinken
ABŞ dövlət katibi Entoni Blinken

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynanın işğal olunmuş əraziərindən yüzlərlə ukraynalını zorla Rusiyaya deportasiya etməkdə günahlandırıb

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynanın işğal olunmuş əraziərindən yüzlərlə ukraynalını zorla Rusiyaya deportasiya etməkdə günahlandırıb.

Blinken bildirib ki, 900 mindən 1.6 milyonadək ukraynalı saxlanıb, həbs edilib və öz evlərindən zorla Rusiyanın Uzaq Şərqindəki filtrasiya düşərgələri də daxil müxtəlif yerlərinə sürgün olunub.

Dövlət katibi vurğulayıb ki, deportasiya olunanların 260 mini uşaqlardır.

Blinken iyulun 13-də verdiyi bəyanatda Rusiyadan Cenevrə Konvensiyasını pozan bu hərəkətlərini dayandırmasını tələb edib:

"Adamların qanunsuz köçürülməsi və deportasiyası mülkilərin hüquqlarına dair Dördüncü Cenevrə Konvensiyasının pozulmasıdır və hərbi cinayətdir”.

Xəbər verilir ki, “filtrasiya” əməliyyatları zamanı ailə üzvləri bir-birlərindən ayrılır, onların Ukrayna pasportları müsadirə edilir və onlara zorla Rusiya pasportları verilir.

Blinken bəyan edib ki, belə görünür, Rusiya Ukraynanımn bir sıra ərazilərində demoqrafik tərkibi dəyişməyə çalışır.

“Filtrasiya”

Blinken bildirib ki, Moskva “filtrasiya” prosesi ilə Rusiya üçün təhlükəli sayılan, əsasən Ukrayna hərbiyyəsi, hökuməti və mediası ilə bağlı olan insanları müəyyənləşdirir.

Dövlət katibi habelə bu prosesdən yaxa qurtara bilmiş şahidlərin ifadələrindən danışıb. O deyib ki, minlərlə ukraynalı işğal olunmuş Donetskdəki əsir düşərgələrində saxlanır.

Bəzi məlumatlara görə filtrasiyadan keçməyən bəziləri qanunsuz şəkildə edam edilir.

Qeyd olunur ki, belə görünür, Rusiya “filtrasiya” proqramını əvvəlcədən hazırlayıb və Moskva buna bənzər əməliyyatları vaxtilə Çeçenistan müharibəsi zamanı da tətbiq edib:

"Məhz buna görə də biz Ukraynanın və beynəlxalq qurumların bu vəhşiliklər barədə məlumatları və sübutların toplmasını, sənədləşdirib saxlamasını dəstəkləyirik”.

Blinkenin bu çıxışı iyulun 14-də Haaqada keçiriləcək “Ukraynada Cavabdehlik Konfransının” ərəfəsində səslənib.

Sözü gedən tədbirdə Ukraynada törədildiyi iddia edilən hərbi cibnayətlər müzakirə olunacaq.

XS
SM
MD
LG