Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:40

Beynəlxalq ekspert: ‘Azərbaycan iqtisadiyyatında dərin tənəzzül gözləyirik’ (VIDEO)


Xəstə orda can verir, vəziyyət qorxuludur- Sakinlər danışır
Gözlə

No media source currently available

0:00 0:15:21 0:00

Xəstə orda can verir, vəziyyət qorxuludur- Sakinlər danışır

2020-ci ildə biz Azərbaycan iqtisadiyyatında dərin tənəzzül gözləyirik.

Bunu AzadlıqRadiosuna müsahibəsində nüfuzlu Economist jurnalının Economist Intelligent Unit analitik bölməsinin təhlilçisi Mario Bikarski deyib.

“2020-ci ildə koronavirus pandemiyası və neft qiymətlərinin ucuzlaşması fonunda Azərbaycan iqtisadiyyatında dərin iqtisadi tənəzzül proqnozlaşdırırıq. Neft qiymətlərinin ilin sonuna qədər yerində sayacağını gözləyirik. Baxmayaraq ki, hazırda Brent markalı xam neftin bir barreli 43 dollar ətrafında bərqərar olub. Biz kəskin tələb və təklif şoklarının bütünlükdə ticarətdə daralmaya səbəb olacağını gözləyirik. Ən böyük zərbəni ixracat alacaq. Ev təsərrüfatlarına ciddi ziyan dəyəcək, həcmin kiçilməsi qeydə alınacaq”.

Mario Bikarski bildirir ki, iqtisadi çətinliklərə rəğmən, Mərkəzi Bankın manatı hələ bir müddət dəstəkləyəcəyini gözləyir. Onun sözlərinə görə, durumun manat dəyərinə nə qədər təsir edəcəyini demək çətindir, bu hardasa 5-10 faiz ətrafında dəyər itkisi şəklində ola bilər.

Azərbaycan hökumətinin öz səhvi

Mario Bikarski Azərbaycanda ümumdaxili məhsulun 3 faizə qədər azalacağını gözləyir. Bununla belə, təhlilçi deyir ki, bu göstəricilər daha çox koronavirusun nə qədər davam edəcəyi və neftin qiymətindən asılıdır. Onun fikrincə, Azərbaycan hökuməti bu duruma öz səhvlərinə görə düşüb:

“Hökumətin ən böyük səhvi o oldu ki, 2014-cü ildən sonra da iqtisadiyyat neft və qazdan asılı vəziyyətdə qaldı. Pandemiya dövründə hökumət özəl sektora və işsizlərə çox kiçik yardım etdi. Koronavirus Fondu və müəyyən vergi güzəştləri bəzi bizneslərə dəstək üçün nəzərdə tutulub. Bununla belə, iqtisadiyyatın dirçəlməsi üçün bütövlükdə strategiya çox qeyri-müəyyəndir. Bütün hallarda hökumət bilir ki, əgər neft və qaz qiymətləri artmasa, iqtisadiyyatda bunu təsirləri çox kəskin olacaq”.

Beynəlxalq ekspert:"Manat 10 faizə qədər ucuzlaşacaq"
Gözlə

No media source currently available

0:00 0:04:47 0:00

Mario Bikarskinin proqnozuna görə, işsizlik kəskin də olmasa, müəyyən qədər artacaq, maaşlar azalacaq, çünki iş yerlərinin bağlanması gözlənir.

Qeyd edək ki, Azərbaycan rəsmiləri, o cümlədən prezident İlham Əliyevin özü də bu pandemiyanın iqtisadiyyata təsir etdiyini, artıq 3.5 milyard manatdan çox vəsaitin onunla mübarizəyə yönəldildiyini deyir.

Milli Bankın sədri Elmar Rüstəmov da bügünlərdə deyib ki, pandemiyadan iqtisadiyyatın zərər görəcəyini, amma bu ziyanın cüzi olacağını gözləyirlər.

Bir dəfəlik ödənişlərlə bağlı qərar yenə narazılıq yaratdı...
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00

Economist Intelligent Unit-in təhlilçisi Mario Bikarski də bütün hallarda kəskin inflyasiyanın baş verməyəcəyini, onun 3-4 faiz ətrafında olacağını gözləyir:

“Təəssüf ki, durum bütün regionda belədir. Amma Azərbaycan əsasən neft və qaz ölkəsi olduğu üçün iş yerləri və məşğulluq tamamilə ölkə daxilindəki iqtisadi inkişafla bağlıdır. Odur ki, iqtisadi tənəzzül Azərbaycana başqalarından daha çox, bəlkə də Avropanın başqa yerlərindən daha çox təsir edəcək. Amma ümid edirik ki, 2021-dən sonra müəyyən dirçəlmə olacaq. Bu, bir az zaman alacaq, amma inanırıq ki, 2023-cü ilə qədər iqtisadiyyat böhrandan əvvəlki 2019-cu il səviyyəsinə yetişəcək. Beləliklə, biz inanırıq ki, 2020-ci ildə iqtisadiyyat 2015-2016-cı il səviyyəsinə düşəcək”.

Yerinə yetirilməyən vədlər

Mario Bikarski deyir ki, Azərbaycan hökuməti bir sıra sahələrdə islahat edəcəyini bildirmişdi. Amma ən azı iqtisadiyyatın şaxələndirilməsi barədə islahat vədinə çox az əməl edib və ölkə hələ də neft və qaz gəlirlərindən asılı vəziyyətdədir:

“Biz inanırıq ki, koronavirus çoxdan gözlənilən islahatların həyata keçirilməsini sürətləndirə bilər. Amma indiyə qədər çox az iş görülüb. Vergilər sahəsində islahatlara cəhd olunub - istehsal və kənd təsərrüfatı sahəsində vergilər azaldılıb. Bu sahələrə investisiya cəlbi və çalışanlara müəyyən dəstək verilməsi üçün işlər görülüb. Amma bütün hallarda xarici inversitisiyanın böyük hissəsi neft və qaz sektorundadır, istehsal və kənd təsərrüfatı hələ də inkişaf etməmiş qalır. Xüsusilə də istehsal, Holland sindromundan əziyyət çəkir. Bu sektor idxalın həcminin çoxluğuna görə inkişafdan geri qalır”.

Mario Bikarski deyir ki, 2014-cü ildə neft qiymətləri kəskin endikdən sonra hökumət öhdəlik götürdü ki, qeyri-neft sektorunu inkişaf etdirəcək. Amma bu illər ərzində hökumət daha çox iqtisadiyyatı dirçəltməyə əmək sərf elədi, nəinki qeyri-neft sektorunun inkişafına. Onun fikrincə, koronavirus pandemiyasından sonra da 2024-cü ilə qədər böyük ehtimalla hökumətin başı iqtisadiyyatı dirçəltməyə yönələcək, nəinki islahatlara.

2014-cü ilin payızında neftin qiyməti kəskin düşmüş, manat iki dəfəyə qədər dəyər itirmiş, iqtisadiyyat ciddi itkilər yaşamışdı.

XS
SM
MD
LG