Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:46

Bayram Məmmədovun hal şahidi narkoman imiş?


Bayram Məmmədov (karikatura)
Bayram Məmmədov (karikatura)

“Narkoloji xəstəliklərdən əziyyət çəkənlərin ifadələri mötəbər sübut hesab edilə bilməz. Ancaq gənc fəal Bayram Məmmədovun işində adı keçən hal şahidlərindən İntiqam Kərimov narkoloji dispanserdə qeydiyyatdadır”.

Bunu hazırda həbsdə olan gənc fəalın vəkili Elçin Sadıqov deyib.

Vəkil, hələ, məhkəmə prosesində hal şahidləri barədə şübhələrinin olduğunu bildirib.

Buna da bax:​ 'Siyasi motivlərlə həbs edilənlər azad edilsin'

“Məhkəmə zamanı bir neçə dəfə hal şahidlərinin narkoloji xəstəlikdən əziyyət çəkib-çəkməmələri məsələsini qaldırmışdım. Ancaq hakim bununla bağlı suallamı kəsdi. Hal şahidləri də canfəşanlıqla narkoloji dispanserdə qeydiyyatda olmadıqlarını bildirdilər”, deyən vəkil İ. Kərimovun narkoloji dispanserdə qeydiyyatda olmasının sübutunu əldə etdiyini bildirib.

Vəkilin deməsinə görə, sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin narkoloji dispanserindən cavab gəlib. Dispanser B.Məmmədovun hal şahidlərindən İ. Kərimovun qeydiyyatda olduğu təsdiqləyib.

Buna da bax: Hollandiyada 'Bütlər dağılacaq' aksiyası [video]

Vəkil qeyd edib ki, hal şahidinin narkoloji dispanserdə qeydiyyatda olmasının təsdiqlənməsi B.Məmmədov barəsində çıxarılmış məhkəmə hökmünün ədalətsiz, qanunsuz olduğunu göstərir.

“Biz məhkəmədə bu məsələni qaldırdırdıq, sübutların mötəbərliliyi aspektindən hakim heyəti bunu mütləq incələməli idi. Amma etmədi”, deyən vəkil işə yuxarı məhkəmə instansiyasında baxış zamanı gərəkli hüquqi prosedurları həyata keçirəcəklərini bildirib.

Buna da bax:​ Avropa İttifaqı gənc fəalların işi ilə bağlı Bakıdan tələb edir

Qiyas İbrahimov və digər gənc Bayram Məmmədov mayın 10-da saxlanıblar. Onların ikisinə də narkotiklərlə bağlı ittihamlar irəli sürülərək, hərəsinə 10 il həbs cəzası verilib.

Gənclər, məhkəmədə ittihamı qəbul etməyərək, məhz keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” şüarı yazdıqlarına görə, həbs edildiklərini bəyan ediblər.

Buna da bax:

Niderlandda Qiyas və Bayrama azadlıq tələbi
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

XS
SM
MD
LG