Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:36

Azərbaycanın reytinqi «zibil» səviyyəsinə salındı


Karikatura
Karikatura

►"Neftdən aşırı asılıdır, Mərkəzi Bankın valyuta ehtiyatları üçdə iki dəfə düşüb"

ABŞ-dakı “Standard and Poor’s” reytinq agentliyi Azərbaycanın kredit reytinqini BB+səviyyəsinə endirib. Bu “spekulyativ”, yaxud “zibil” səviyyə sayılır. Səbəb neftin qiymətinin düşməsi və xarici valyuta ehtiyatlarının azalmasıdır.

Standard & Poor's - dünyada üç ən nüfuzlu reytinq agentliyindən biridir (Moody's və Fitch Ratings ilə yanaşı).

“Azərbaycan karbohidrogen sektorundan çox asılıdır”,-reytinq agentliyi bildirir və əlavə edir ki, Azərbaycan iqtisadiyyatının bu il, milli valyutanın devalvasiyasına baxmayaraq azalacağını gözləyir.

Agentlik xəbərdarlıq edir ki, “xarici risklər artmaqdadır, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin ortasından üçdə iki dəfə düşüb”

Ötən ilin sonunda «Standard and Poor’s» reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya «BBB-» səviyyəsində saxladığını təsdiqləmiş, proqnozunu isə, əvvəlki qiymətləndirmədəki kimi, «mənfi» saxlamışdı.

Buna da bax: Hamilə qadınların qorxulu yuxusu - Zika virusu (İnfoqrafika)

Standard & Poor's şirkətinin Nyu-Yorkdakı ofisi
Standard & Poor's şirkətinin Nyu-Yorkdakı ofisi

«Standard and Poor’s»a görə, «BBB-» səviyyəsi və yuxarısı investisiyaya uyğun səviyyə kimi qəbul edilir.

Bundan aşağı olan «BB+» və sonrakı səviyyələr «investisiya yatırılmayacaq» və əsasən, «zibil» səviyyəsi adlandırılır.

Bundan əvvəl "Financial times" məlumat yaymışdı ki, Azərbaycan Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan 4 milyard dollar borc istəyib.

Amma Azərbaycan prezidenti məlumatı təkzib edib.

XS
SM
MD
LG