Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:33

Azərbaycan hakimiyyəti AzadlıqRadiosuna qarşı

AzadliqRadiosunun Bakıdakı əməkdaşları hələ də Azərbaycan hakimiyyətinin təzyiqi altındadırlar. Keçən ilin dekabrında Bakı bürosunda zorakı axtarış və ofisin möhürlənməsindən sonra əməkdaşlar zorakılıqla istintaqa çəkilib, radioya qarşı gah casusluq, gah çirkli pul yumaq, gah da əməkdaşların hüququnun pozulması haqda əsassız iddialar səslənib. AzadlıqRadiosu əməkdaşlarına təzyiqi işıqlandırdığı mövzulara görə Azərbaycan hakimiyyətinin qisas cəhdi adlandırıb. Bundan əvvəl Azərbaycan məmurlarının gizli biznes fəaliyyətini araşdıran AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsinin arxasında da eyni səbəblərin durduğu bildirilmişdi.

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

20:44 28.12.2014

20.45

Bu saata qədər prokurorluğa gətirilənlərdən ifadə alınması başa çatıb

Dekabrın 28-də səhər tezdən başlanaraq polislərin evlərinə gələrək öncə polis idarələri, sonra da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər idarəsinin İstintaq İdarəsinə gətirilən AzadlıqRadiosunun 20-yə yaxın jurnalistinin dindirilməsi başa çatıb.

Jurnalistlərdən ifadələri ilə bağlı istintaq sirrini yaymama haqda iltizam alınıb. Ümumi olaraq verilən suallar sırf olaraq radio əməkdaşlarının peşə fəaliyyəti ilə bağlı olub.

Daha öncə jurnalistlərin Bazar ertəsi səhər tezdən idarədə vəkillə ifadə verməsi haqda razılığa baxmayaraq AzadlıqRadiosunun vəkili Yalçın İmanov Baş Prokurorun 1-ci müavini Rüstəm Usubovun qərarı ilə şahid qismində istintaqa cəlb edilib və işdən uzaqlaşdırlıb deyə, faktiki olaraq radionun əməkdaşları vəkil müdafiəsindən gözlənilmədən məhrum ediliblər.

16:04 29.12.2014

AzadlıqRadiosu əməkdaşları yenidən istintaqa çağrılır

Dekabrın 29-da AzadlıqRadiosunun jurnalistləri və texniki heyətinin yenidən dindirilməsinə başlanıb. Bu saata qədər artıq 3-4 əməkdaşın ifadəsi alınıb, birinin ifadəsi hələ davam edir.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsinin müstəntiqləri AzadlıqRadiosunun əməkdaşlarına və ştatdan kənar işçilərinə ifadə vermək üçün idarəyə çağırıb və və hazırda ifadələri alınır.

AzadlıqRadiosunun vəkili Yalçın İmanov Baş Prokurorun 1-ci müavini Rüstəm Usubovun əmri ilə özü prosesə şahid qismində cəlb edildiyindən faktiki olaraq AzadlıqRadiosunun bir çox əməkdaşlarının ifadələri hüquqşünasların iştirakı olmadan alınır.

Davamı

XS
SM
MD
LG