Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:33

'Neftdən gələn 150 milyard dollar düzgün istifadə olunsaydı...'


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli dekabrın 19-da 23 illik Əliyevlər hakimiyyəti ilə bağlı dəyərləndirmə yayıb.

Buna da bax:​ 'Heydər Əliyevin ən böyük mirası İlham Əliyevdir'

Əli Kərimli yazıb ki, ölkəyə gələn böyük neft pullarından səmərəli istifadə etməyib:

“İran Avropa Birliyindən 100 ədəd Airbus təyyarəsi, ABŞ-dan isə 80 ədəd Boeing alacaq. Sanksiyalar götürüldükdən sonra, İran neft istehsalını sürətlə artırır və nəhəng bazar olaraq bütün dünyanın üzünə açılır. Hazırda sənayesi az-çox inkişaf etmiş bütün dövlətlər 100 milyardlarla dollarlıq bu yeni bazarda öz payını almağa çalışır. Bəs biz necə, bütün dünyanın can atdığı, qonşuluğumuzdakı bu bazardan faydalana bilirikmi?”

Buna da bax:​ Əli Kərimlinin 'pasport işi' Avropa Şurasında

Əli Kərimli öz sualına özü də yox cavab verir.

“Nə ilə girək İran bazarına, nə istehsal edə bilirik? Bəli, neftdən gələn 150 milyard dollar düzgün istifadə edilmiş, normal bazar iqtisadiyyatı, rəqabət mühiti yaranmış olsaydı, ölkəmiz də dünya bazarına çıxacaq məhsullar istehsal edərdi. Üstәlik, məşhur dünya brendləri də Azərbaycanda zavod və fabriklərini açıb, istehsalla məşğul olardı. İndi yenidən açılan İran bazarında Azərbaycan şirkətləri özlərinə yaxşı yer tutardı, hökumətimiz də 23 ildən sonra iqtisadi model axtarmazdı. Ölkə olaraq çox böyük fürsətlər itirdik”.

Buna da bax:​

Əli Kərimli: Yeni administrasiya Rusiya ilə münasibətləri dəyişəcək
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

XS
SM
MD
LG