Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:41

Avropa İttifaqı Rusiya neftinə tam embarqo qoya bilər


Rusiyanın "Dostluq" kəmərinin Macarıstandakı hissəsi
Rusiyanın "Dostluq" kəmərinin Macarıstandakı hissəsi

Almaniyanın maliyyə naziri Kristian Lindner deyib ki, indilik Rusiya nefti və kömürü olmadan keçinmək olar, amma yanacaq qiymətlərinin artacağı istisna edilmir

Almaniya aprelin 2-də bəyan edib ki, Avropa İttifaqının Rusiya nefti üzərinə tam enbarqosuna dərhal qoşulmağa hazırdır.

Rusiya neftinin ən böyük müştərisi olan Berlin bundan əvvəl bildirirdi ki, ona bu embarqoya qoşulmaq üçün bir qədər vaxt lazımdır.

Almaniya həmin vaxt ərzində Rusiya neftinin əvəzinə alternativ təchizat mənbəyi tapmalı idi.

Amma indi Berlinin bu embarqoya qoşulmağa hazır olması o deməkdir ki, Avropa İttifaqı qarşıdan gələn günlərdə Rusiya neftinin idxalını tam qadağan edə bilər.

Bu da qeyd olunur ki, Rusiyanın enerjidən gəlirlərinin əksər hissəsi Almaniyanın payına düşür.

Ağır yük olsa da...

Almaniyanın iqtisadiyyat naziri Robert Habek mayın 2-də Brüsseldə keçirilən iclasda həmkarlarına deyib:

"Almaniya Rusiya neftinə qadağan qoyulmasının əleyhinə deyil. Əlbəttə bu, çəkilməsi ağır yükdür, amma biz buna hazır olacağıq”.

Almaniyanın maliyyə naziri Kristian Lindner Die Welt qəzetinə deyib ki, indilik Rusiya nefti və kömürü olmadan keçinmək olar, amma yanacaq qiymətlərinin artacağı istisna edilmir.

Almaniya Rusiya Ukraynaya müdaxilə edəndən əvvəl istehlak etdiyi neftin 35 faizini Rusiyadan alırdı. Berlin hazırda bu rəqəmi 12 faizə endirib.

Reuters agentliyi yazır ki, Almaniyanın xüsusilə də şərq hissəsi yanacaq idxalında Rusiyanın Rosneft şirkətinin neftayrıma zavodundan və sovet zamanından qalma “Dostluq” kəmərindən asılıdır.

Avropanın Rusiyanın qaz asılılığından qurtarması daha çətin olacaq. Rusiya hazırda Avropa İttifaqı ölkələrindən Rusiya qazı üçün ödənişi rublla etmələrini tələb edir.

Avropa bu tələbi rədd edir.

XS
SM
MD
LG