Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:47

Avropa İttifaqı Azərbaycanla da viza məsələsini müzakirə edəcək


Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına daxil 6 keçmiş sovet respublikasında qanunun aliliyinin bərqərar edilməsi və onların Rusiyadan enerji asılılığının azaldılması məqsədilə maliyyə yardımı göstərmək qərarına gəlib.

Şərq Tərəfdaşlığı proqramının gələcəyinə dair AzadlıqRadiosuna sızmış birgə kommunikasiyadadeyilir ki, Brüssel habelə sözü gedən 6 ölkədə iqtisadi cinayətkarlıqla mübarizəyə də dəstək vermək niyyətindədir.

Bu dəstək həmin ölkələrdən oğurlanmış aktivlərin bərpa olunması fəaliyyətini də əhatə etməlidir.

2009-cu ildə yaradılmış Şərq Tərəfdaşlığından məqsəd onun üzvü olan Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanı islahatlar yolu ilə Avropa İttifaqına sıx yaxınlaşdırmaqdır.

Xəbərdə deyilir ki, Avropa İttifaqı bu ölkələri gələcəkdə özünün potensial üzvləri kimi görür.

Kommunikasiya layihəsində daha sonra qeyd olunur:

“Çox mühümdür ki, Şərq tərəfdaşları oğurlanmış mülkiyyətin aşkar və bərpa edilməsi üçün çevik işçi çərçivələri tərtib etsinlər”.

Layihədə bildirilir ki, bu məqsədlə sözü gedən ölkələrdə cinayət yolu ilə əldə olunmuş sərvətin aşkar və müəyyən edilməsi ilə məşğul olacaq ayrıca ofislərin açılması tövsiyə edilir.

Rüşvət tarixi bəladır

Bundan başqa sənəddə deyilir ki, Avropa İttifaqı Şərq tərəfdaşı olan ölkələrə yüksək səviyyədə korrupsiya ilə mübarizə üçün hüquqi çərçivənin hazırlanmasında kömək edəcək.

Avropa rəsmiləri deyirlər ki, rüşvət Şərq Tərəfdaşlığına daxil ölkələrdə tarixən ən böyük problem olub.

Onların fikrincə, buna səbəb ictimai təsisatların zəifliyi, həqiqətən də müstəqil ədliyyənin, azad medianın və fəal vətəndaş cəmiyyətinin olmamasıdır.

Bu ölkələrdən bir çoxu Transparency International təşkilatının Korrupsiyanın Qavranması indeksində pis göstəricələrə malikdir.

Avropa Komissiyası tərəfindən gələn həftə açıqlanması gözlənilən 18 səhifəlik sənəd “Mübarizliyin Möhkəmləndirilməsi – Hamı üçün Mənfəətli Şərq Tərəfdaşlığı” adlanır.

Bu sənəd Avropa İttifaqı və Şərq Tərəfdaşlığının üzv ölkələri arasında aylardır davam edən məsləhətləşmələr nəticəsində hasilə gəlib.

Bu layihə Avropa İttifaqı və Şərq Tərədaşlığının iyunun 18-də keçirilməsi planlaşdırılan sammiti üçün əsas kimi hazırlanıb.

Bir tərəfdaşlıqda iki qanad

Xəbər verilir ki, Aİ liderləri Azərbaycan, Ermənistan və Belarusla viza rejiminin liberallaşdırılması perspektivini də müzakirə edəcəklər.

Bu ölkələrin vətəndaşları Avropaya səfər üçün hələki viza almalı olurlar.

Şərq Tərədaşlığı proqramı indiyədək bir sıra ziddiyyətlərə və suallara yol açıb, çünki Gürcüstan, Moldova və Ukrayna bloka qoşulmaq istəklərini rəsmən elan etsələr də, Azərbaycan, Ermənistan və Belarus bu addımı atmayıblar.

Bu sammitdə habelə ətraf mühit məsələləri müzakirə olunacaq.

Paris təklif edib ki, tərəfdaşlıq üçün ayrılan vəsaitlərin yarısı iqlim məsələlərinə xərclənsin.

Sənəddə deyilir ki, tərəfdaşlıq üzvləri ilə həmçinin mədən yanacağından tədricən imtina edilməsi yolları müzakirə olunacaq.

XS
SM
MD
LG