Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:50

Avropa İttifaqı Bakı və Yerevan arasında danışıqları dəstəklədiyini bildirir


Maja Kocijancic
Maja Kocijancic

“Ermənistanın baş naziri və Azərbaycan prezidentinin atəşkəs rejiminin möhkəmləndirilməsinə, habelə sülhə yardım edən atmosferin yaradılmasına və danışıqlar istiqamətində növbəti addımların atılmasına dair bəyanatları ümid yaradır”.

Bu barədə bəyanatı martın 29-da Vyanada Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Pashinian-ın birbaşa danışıqlarının ardınca Avropa İttifaqının Xarici İşlər, Avropada Təhlükəsizlik və Qonşuluq Siyasəti, habelə İttifaqın Genişləndirilməsi Danışıqları üzrə sözçüsü Maja Kocijancic martın 31-də verib.

Xanım Kocijancic Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini-nin sözçüsür. Bəyanatda daha sonra deyilir:

“Avropa İttifaqı humanitar sahədə tədbirlərin inkişaf etdirilməsinə, habelə əhalilərin sülhə hazırlanmasına dair xarici işlər nazirlərinin 16 yanvar 2019-cu il tarixində əldə etdiyi razılaşmaların həyata keçirilməsini gözləyir və bu səyləri dəstəkləməyə hazırdır”.

Bəyanatda daha sonra qeyd olunur ki,“Avropa İttifaqı ATƏT-in Minsk Qrupu həmsədrlərinin, Avropa İttifaqı Cənubi Qafqaz və Gürcüstanda Böhran üzrə xüsusi nümayəndəsi vasitəsilə də daxil, vasitəçilik səylərini və təkliflərini, habelə münaqişə xətləri boyunca vətəndaş cəmiyyətlərində etimad yaradılması tədbirlərini tam dəstəkləyir”.

Xatırlatma

Martın 29-da Vyanadakı Bristol mehmanxanasında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Pashinian-ın görüşü olub.

Bu görüşə iki ölkənin xarici işlər nazirləri, habelə ATƏT-in Minsk Qrupunun həmsədrləri – Igor Popov (Rusiya), Andrew Schofer (ABŞ) və Stéphane Visconti (Fransa) də qatılıbllar.

Sonra iki lider danışıqları təkbətək formatda davam etdiriblər. Nəhayət sonda müzakirələrə yenidən xarici işlər nazirləri və həmsədrlər də qatılıblar. Tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıblar.

Prezident İlham Əliyev və baş nazir Nikol Pashinian arasında Vyanada keçirilən danışıqların ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri, habelə ATƏT-in Minsk Qrupu həmsədrləri birgə bəyanatla çıxış ediblər.

Bəyanatda qeyd edilir ki, görüş pozitiv, konstruktiv atmosferdə keçib və iki liderə müvafiq mövqelərini açıqlamaq imkanı verib.

XS
SM
MD
LG