Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:43

Avropa deputatları Rusiyanı dezinformasiyada ittiham edirlər


Avropa İttifaqının bir neçə millət vəkili blokun rəhbərliyinə məktubla müraciət edərək COVID-19 pandemiyasının genişləndiyi bir şəraitdə Rusiya və Çinin dezinformasiyalarına qarşı mübarizəni gücləndirməyə çağırıb.

AzadlıqRadiosunun da tanış olduğu bu məktubu Avropa Parlamentinin 40-dək üzvü imzalayıb.

Məktubda deyilir ki, Pekin və Moskva Avropa İttifaqının reputasiyasını sarsıtmağa və avropalılar arasında demokratik dəyərlər və təsisatlara inamsızlıq yaratmağa cəhdlər göstərir.

Avropa Parlamentinin millət vəkilləri Avropa İttifaqını koronavirusdan daha çox ziyan çəkən İtaliya, İspaniya, habelə Fransanın bir sıra regionlarına daha səmərəli yardım göstərilməsinə çağırıblar.

Məktub müəlliflərinin fikrincə belə yardım maliyyə alətlərindən kənara çıxmalı və gözlə görünən dəstəyi, məsələn avadanlığın idxalı və yüksək ixtisaslı heyətin işini əhatə etməlidir.

Avropa Parlamentinin üzvləri Brüsseli dezinformasiyaları dəf etməyə və xarici ölkələrin COVID-19 panademiyasından Avropa İttifaqına ziyan vurmaq üçün istifadə etməsinin qarşısını almağa çağırırlar.

Məktubda Rusiyanın və Çinin konkret dezinformasiyaları göstərilmir.

Rusiyanın COVID-19 pandemiyası ilə bağlı dezinformasiyaya əl ata biləcəyi martın ortalarında məlum olub.

O vaxt Avropa İttifaqı Xarici Əlaqələr İdarəsi xəbərlıq etmişdi ki, Moskva avropalılar arasında hay-küy yaratmağa və onların Avropa səhiyyə sisteminə inamını sarsıtmağa çalışır.

Avropa İttifaqı ekspertləri yanvar ayından bəri azı 80 dezinformasiya faktı qeydə aldıqlarını bildiriblər.

Kreml və Rusiya DİN bu ittihamları əsassız saydıqlarını bəyan edirlər.

XS
SM
MD
LG