Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:29

Arif Hacılı: 'Azərbaycanı siyasi böhran gözləyir'


Müsavat Partiyası başqanı Arif Hacılı. 08 Sent. 2016
Müsavat Partiyası başqanı Arif Hacılı. 08 Sent. 2016

“Müsavat Partiyası bundan sonra da öz qurumlarını möhkəmləndirəcək, media və ictimaiyyətlə işləyəcək, ölkənin aktual problemlərini müzakirə edəcək və əlbəttə, etirazçı elektoratın fəallaşması üçün kütləvi aksiyalar keçirəcək”.

Referendum sonrasi durumu Turan-a şərh edən Müsavat Partiyası başqanı Arif Hacılı belə deyib.

Onun qənaətincə, etirazçı elektoratın fəallaşması qaçılmazdır.

Buna da bax: Pənah Hüseyn İlham Əliyevə cavab verdi

“Yaxın gələcəkdə dərin iqtisadi böhranın nəticələri güclənəcək. Bundan başqa, Azərbaycanı referendumdan sonra siyasi böhran da gözləyir, belə ki, hakimiyyətin siyasəti ölkənin yüksək eşelonlarında da gərginliyi artırır. Hakimiyyət üç il əvvəl olduğu qədər birrəng deyil. Mərkəzdənqaçma təmayülləri güclənir və yaxın gələcəkdə onların təzahürü daha da aydın görünəcək”, deyə Hacılı bildirib.

O, hakimiyyətin referendumun islahatların dərinləşdirilməsi üçün hüquqi baza yaratdığı haqqında bəyanatı ilə razı deyil.

Buna da bax: Prezident referendumdan və AXC hakimiyyətindən danışdı

Prezident seçkisi olsa, namizəd İsa Qəmbər olacaq

“Siyasi, hüquqi islahatlar hakimiyyət bölgüsündən başlamalıdır. Qanunverici hakimiyyətin onsuz da səlahiyyəti az idi, indi isə daha da azalıb və prezident parlamenti buraxa bilər. İcra hakimiyyətinin bütün səlahiyyətləri artıq prezidentə məxsusdur, amma indi onlar daha da çoxdur. Məhkəmə hakimiyyəti də icra hakimiyyətindən asılıdır. Buna görə referendumun islahatlar üçün hüquqi bazanı artırdığı haqqında bəyanat yalandır. Hakimiyyətin əsl niyyəti hakim rejimi gücləndirməkdir”, deyə Hacılı bildirib.

Vaxtından əvvəl prezident seçkiləri elan edildiyi təqdirdə Müsavat-ın mövqeyinin necə olacağı barədə suala cavabda Hacılı deyib ki, partiya seçkilərdə iştirakın tərəfdarıdır, çünki hazırki reallıqlar şəraitində müxalifətin səmərəli boykot üçün resursu yoxdur. Amma hər şey hakimiyyətin davranışından da asılı olacaq.

Arif Hacılı prezidentliyə namizədinin keçmiş başqan İsa Qəmbərin olacağını da ifadə edib.

Buna da bax:

Referendum baş tutdu - bundan sonra nə olacaq?
Gözlə

No media source currently available

0:00 0:04:57 0:00

XS
SM
MD
LG