Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:39

Əliyevlə Paşinyanın görüşəcəyi xəbər verilir


Azərbaycanda terorçuluqda suçlanan bir Ermənistan vətəndaşı həbsdən azad edilib
Gözlə

No media source currently available

0:00 0:14:02 0:00

Azərbaycanda terorçuluqda suçlanan bir Ermənistan vətəndaşı həbsdən azad edilib

Bu barədə Şarl Mişelin mətbuat katibi Twitter-də məlumat verib

Avropa Şurasının rəhbəri Şarl Mişel gələn həftə, aprelin 6-da Azərbaycan və Ermənistan liderləri ilə görüşəcək.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu barədə Mişelin mətbuat katibi Twitter-də məlumat verib.

Avropanın vəzifəli diplomatlardan biri adının çəkilməməsi şərtilə Azatutuyuna deyib ki, prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan onların son görüşündən sonra baş verən prosesləri, Cənubi Qafqazda təhlükəsizliyin, stabilliyin və asayişin bərqərar edilməsi yollarını müzakirə edəcəklər.

Bu da vurğulanır ki, danışıqlarda başlıca mövzu “kommunikasiyaların açılması” olacaq.

İlham Əliyev və Nikol Paşinyan son dəfə Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, habelə video formatında Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə danışıqlarda olublar.

Xəbər verilirdi ki, tərəflər kommunikasiyaların açılması və humanitar əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bu danışıqlardan sonra Azərbaycan daha 8 erməni məhbusu azad etmişdi.

O vaxt Ermənistanın baş naziri parlamentdə demişdi ki, danışıqlarda Yerasx-Culfa-Meğri-Horadiz dəmir yolu xəttinin açılmasına dair razılaşma əldə olunub.

Ötən həftə Qarabağda vəziyyət yenidən gərginləşib.

Martın 30-da APA agentliyi Avropa İttifaqı mənbələrinə istinadən Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyevin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdüyünü xəbər verib.

XS
SM
MD
LG