Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:31

İ.Əliyev deyir ölkədə fundamental azadlıqlar var, bəs tənqidçilər? [video]


AŞPA-da yeni Azərbaycan qalmaqalı: Bosniyalı deputat ermənilərin rüşvət təklif etdiyini deyir
Gözlə

No media source currently available

0:00 0:15:03 0:00

AŞPA-da yeni Azərbaycan qalmaqalı: Bosniyalı deputat ermənilərin rüşvət təklif etdiyini deyir [A-Live]

Prezident İlham Əliyevin Davos iqtisadi forumundakı çıxışı Azərbaycan həqiqətləri ilə üst-üstə düşürmü?

Məsələn, dövlət başçısı deyib ki, ölkəsində fundamental azadlıqlar təmin olunur, mətbuat azadlığı, internetə azad çıxış var.

Bakıda 22 yaşlı bloqqer Ömər Məmmədov real vəziyyətə dair prezidentin bu təsviri ilə razı deyil.

Bloqqer Ömər Məmmədov
Bloqqer Ömər Məmmədov

Bu gün, yanvarın 24-də onun, narkotik ittihamı ilə həbsindən dörd il keçir. Ömər Məmmədov inanır ki, onu, 18 yaşı olanda “Heydər Əliyev adına Səhifə” və “AzTV-dən seçmələr” Facebook səhifələrinin admini olduğu üçün tutmuşdular. Bu səhifələr hökuməti tənqid edirdi.

Buna da bax: İlham Əliyev: 'Azərbaycanda media tamamilə azaddır'

Ömər Məmmədov deyir ki, həbs onun həyatını dəyişdi:

"Həbs mənim uşaqlığımı, gəncliyimi aldı. Məni bərkə-boşa saldı".

Ömər Məmmədov deyir ki, onu həbs edəndə, ölkədə azadlıqların sərhədi daha geniş idi, indi, siyasi etirazlar da azaldıb, internetdə tənqid də, qırmızı xətt də var. Fəallar bilirlər ki, ailəni tənqid etsələr, qırmızı xətti keçsələr, azı 30 sutka həbs alacaqlar. O, deyir ki, indi həyata qaldığı yerdən davam etməyə çalışır. İş axtarır, təhsilini davam etdirmək haqqında düşünür.

Buna da bax: 'Siyasi məhbus'ların 19 nəfəri jurnalist və bloqqerdir

Azərbaycan hakimiyyəti, Ömər Məmmədov da daxil, hansısa fəalın ictimai fəaliyyətə görə tutulması ittihamını qəbul etmir.

Tənqidçilər Azərbaycanda internet azadlığından söz düşəndə həm də bir neçə saytın, o cümlədən AzadlıqRadiosu-nun saytının bloklandığını yada salırlar.

Prezident Əliyevdən Davosda həm də soruşublar ki, Azərbaycan niyə dünya mətbuat azadlığı indeksində 162-ci yerdədir.

İlham Əliyev deyib ki, bunu deyənlər qərəzlidir, onlar Azərbaycanın çox müstəqil siyasət yetirməsindən narahat olub, ölkəni gözdən salmaq istəyirlər:

Buna da bax: 'Siyasi məhbus' siyahısı yenilənib – 161 nəfər…

İlham Əliyev Davosda
İlham Əliyev Davosda

“Hesab edirəm ki, bu siyasi motivlidir, qeyri-realdır. Ölkədə bütün fundamental azadlıqlar təmin edilib.

Və hökumət bütün kəndlərin internetlə təmin edilməsi üçün çox vacib layihə həyata keçirir. Bu qərəzli, qeyri-dostcasına yanaşmadır və Qərbdəki bəzi siyasi mərkəzlər tərəfindən hazırlanıb”.

Azərbaycanda İnternetin azad olmadığını, ötən ilin noyabrında, «Freedom House» Beynəlxalq İnsan Haqları Təşkilatı da son hesabatında bildirmişdi. Hesabatda deyilirdi ki, bir çox hallarda Bəhreyn, Azərbaycan, Meksika və Çin kimi ölkələrdə fəalların sosial media hesabları qanunsuz haker hücumları vasitəsilə izlənir, müstəqil internet ekspertləri bu hücumların arxasında hökumətlərin dayandığı qənaətinə gəliblər.

Üstəlik, hesabata görə, Azərbaycanda dezinformasiya taktikasının 5 növündən 4-ü işə salınıb. Bunlar muzdlu hökumətyönlü şərhçilərdən, iqtidaryönlü mediadan, siyasi botlardan və hesabların oğurlanmasından istifadədir.

Hakimiyyətin siyasi kursunu müdafiə edən deputat Zahid Oruc «Freedom House»-un qərəzli olduğunu demişdi.

Buna da bax: Prezident İ. Əliyev Davosda görüşlər keçirir

İlham Əliyev Davos forumunda iqtisadi göstəricilərin də yaxşı olduğunu deyib, amma onun nitqindəki bir rəqəm dövlət statistika idarəsinin rəqəmi ilə ziddiyyət təşkil edir.

Prezident artıq ölkəsinin ümumi daxili məhsulunda qeyri-neft sektorunun payının 70 faiz olduğunu deyib,

İqtisadi və Sosial Rifah Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, bu, dövlət Statistika Komitəsinin rəqəmləri ilə ziddiyyət təşkil edir- rəsmi statistikaya görə, həmin rəqəm təqribən 63 faizdir:

Buna da bax: HRW vəkilin kollegiyadan uzaqlaşdırılmasından yazır

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

"Prezidentin çıxışı ilə Azərbaycanda baş verənlər arasında fərq özünü açıq-aydın göstərir. Prezident post-neft dövründən danışır və Azərbaycanın gələcəyində neftin rolunun getdikcə azalacağından bəhs etdi, iqtisadiyyatın şaxələndiyini vurğuladı. Əslində isə 2017-ci ildə Azərbaycan neft siyasətini davam etdirdi, ona sadiq qaldı. Həm büdcə proqnozlaşdırılan zaman neft gəlirlərindən istifadə olunması, həm də "Əsrin Müqaviləsi"nin yenilənməsi ilə".

Prezident ölkədə iqtisadi göstəricilərin də yaxşı olduğunu, yoxsulluq və işsizliyin beş faiz civarında olduğunu deyib. İqtisadçı alim Qubad İbadoğlu deyir ki, İlham Əliyevin dedikləri reallığı əks etdirmir, əslində yoxsulluq və işsizlik bundan daha çoxdur.

Buna da bax: Prezident: ‘Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb’

Biz Bakı sakinlərindən soruşmuşuq ki, İlham Əliyevin ölkə haqqında doğru məlumat ala bilirmi?

Prezident Əliyev və onun hökumətinin başqa rəsmi şəxsləri indiyə qədər də ölkənin durumunu olduğundan daha müsbət obrazda təqdim etdiklərinə görə tənqid olunublar.

Hökumət rəsmiləri bununla razılaşmayıblar.

XS
SM
MD
LG