Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:43

ABŞ-dan Türkiyə ittihamlarına daha bir cavab


ABŞ-da yaşayan Fətullah Gülen beynəlxalq jurnalistlər qarşısında, 16.07.2016
ABŞ-da yaşayan Fətullah Gülen beynəlxalq jurnalistlər qarşısında, 16.07.2016

ABŞ Türkiyədəki bəzi dövlət rəsmilərinin hərbi çevrilişin arxasında Amerikanın dayanması haqqında söylədiklərinə ciddi reaksiya verib.

ABŞ dövlət katibi John Kerry deyib ki, bu cür açıqlamalar və eyhamlar Türkiyə-ABŞ əlaqələrinə zərbə vura bilər.

Buna da bax: Türkiyədə çevriliş cəhdi necə başladı

Türkiyədə hərbi çevriliş cəhdindən sonra əmək və sosial müdafiə naziri Süleyman Soylu demişdi ki, «çevrilişin arxasında ABŞ dayanır. ABŞ Fetullah Güleni bizə vermədilər».

Buna da bax: ABŞ Fətullah Gülənlə bağlı tənqidlərə cavab verdi

ABŞ-a olan ittihamlarla bağlı John Kerry türkiyəli həmkarı Mevlüt Çavuşoğlu telefonla danışıb.

ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby bildirib ki, Kerry Türkiyəyə çevriliş cəhdi ilə bağlı araşdırmalara dəstəyini ifadə edib. ABŞ-a qarşı olan ittihamlar haqqında isə narahatlığını bildirib: «Kerry uğursuz çevriliş cəhdi ilə bağlı Amerikaya qarşı yönəlmiş iddiaların və eyhamların tamamilə səhv olduğunu, iki ölkə arasındakı əlaqələrə zərər verəcəyini bildirib».

Buna da bax: Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

Kirby telefon danışığında Kerry-nin Türkiyədə demokratik yolla seçilmiş hökumətə dəstəyini ifadə etdiyini də bildirib.

İyulun 16-da İstanbulda keçirdiyi mitinqdə prezident Recep Tayyip Erdoğan Fetullah Güleni Türkiyəyə verməklə bağlı Amerikaya çağırış etmişdi.

XS
SM
MD
LG