Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:49

"ABŞ Orta Asiya ilə bağlı siyasətini dəyişməlidir"


Özbəkistan. Səmərqənddə bazar
Özbəkistan. Səmərqənddə bazar

►Karnegi Fondundan ABŞ hökumətinə təkliflər

Xarici siyasət məsələləri ilə məşğul olan tanınmış beyin mərkəzi - Beynəlxalq Carnegie Sülh Fondu "ABŞ-ın Orta Asiya Siyasəti" adlı hesabat hazırlayıb.

Hesabat müəllifləri ABŞ-ın regiondakı siyasətinin dəyişdirilməsi ilə bağlı təkliflər verirlər.

Bildirilir ki, "ABŞ-ın Əfqanıstandakı hərbi iştirakını əhəmiyyətli dərəcədə azaltmağa doğru getdiyi vaxtda bu ölkəyə açılan "qapı" olan Orta Asiyanın əhəmiyyəti ABŞ-ın maraqları nöqteyi-nəzərindən azalacaq."

Yazıda Mərkəzi Asiyanın müstəqilliyinin ilk iyirmi beş ilinin qərbyönlü geosiyasi orientasiya ilə yadda qaldığı, Birləşmiş Ştatların beş Orta Asiya dövlətinin müstəqilliyini və suverenliyini möhkəmləndirməsinə yardım etdiyi qeyd olunur.

"Birləşmiş Ştatlar əhəmiyyətli məqamda tərəfdaşlıq barədə vədlərini yerinə yetirib və bu dövlətlər ağır zamanlarda Birləşmiş Ştatların mühüm tərəfdaşı olublar," deyə hesabatda qeyd olunur.

Bundan başqa bildirilir ki, Orta Asiya indi fərqli trayektoriya ilə hərəkət edir. Regionun hazırda yaşamaqda olduğu mühüm geosiyasi dəyişiklik Orta Asiyanın Avroatlantika icması ilə bağlarını zəiflədərək region dövlətlərində Çinin nüfuzunu və əhəmiyyətini artıracaq:

"Yaxın gələcəkdə Pekin və Moskva regionun əsas iqtisadi, siyasi və təhlükəsizlik tərəfdaşları olacaq. Bu, Çinin nəzərəçarpan regional iqtisadi gücü və Rusiyanın regionda qalmaqda olan iştirakı ilə izah olunur."

Buna da bax: Bakı şəhərmi, kəndmi?

Müəlliflərin toxunduğu ən maraqlı məqamlardan biri demoklratiyaya dəstək məsələsidir. Bildirilir ki, sadalanan dəyişikliklər "regionda Amerikanın iştirakı və təsirinin azalmasından və deməli Orta Asiya dövlətlərinin demokratik, azad bazar iqtisadiyyatına malik, regional iqtisadi inteqrasiya vasitəsilə bir-birinə bağlanmış ölkələrə çevrilməsinin daha da çətin olacağından xəbər verir."

Daha sonra ABŞ-ın regiondakı siyasəti ilə bağlı tövsiyələr verilir. Tövsiyələrə

· ABŞ-ın Qazaxıstan və Özbəkistanla regional əməkdaşlığının prioritetə çevrilməsi;

· ABŞ-ın Rusiya və Çinlə ortaq maraqlara malik olduğunu qəbul edərək Rusiya və Çinin fəaliyyətinin ABŞ-ın maraqlarının təmin edilməsi üçün səfərbər edilməsi;

· Dəyişikliyə olan tələbatın yerli səviyyədən qaynaqlanmasına imkan verərək demokratiyaya dəstək əvəzinə sosial və iqtisadi şəraitin yaxşılaşdırılması üçün islahat planına fokuslanmaq;

· İnsan haqları ilə bağlı göstəriciləri təhlükəsizlik sahəsində əməkdaşlıqla şərtləndirməmək;

· İslam ekstremizmi təhlükəsinə həddindən artıq reaksiya verməklə ABŞ siyasətinin hərbiləşməsinə imkan verməmək daxildir.

XS
SM
MD
LG