Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:35

AB Vagner şirkətinə sanksiyalar elan etdi


Yevgeni Priqojin
Yevgeni Priqojin

Fransa şirkətin Afrikada, özəlliklə keçmiş müstəmləkələri Mali və Mərkəzi Afrika Respublikasında fəaliyyətindən narahat olaraq sanksiyalarda təkid edib

AB Şurası Rusiyadakı Vagner özəl hərbi şirkətinin üzvlərinə və onunla bağlı üç şirkətə sanksiyalar elan edib.

Bu barədə özünün Twitter hesabından AzadlıqRadiosunun müxbiri Rikard Cozvyak yazıb:

Məlumatda deyilir ki, “muzdlular qruplaşması olan Vagner şirkəti ilə bağlı 3 enerji şirkətinə və 8 nəfərə sanksiyalar qoyulub”.

Bu barədə məlumat Avropa İttifaqının rəsmi saytında dərc edilib.

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, sanksiyalar Rusiya xüsusi qüvvələrinin keçmiş zabitləri və qruplaşmanın rəhbərləri - Dmitri Utkini, müqavilə əsasında Suriyada və Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən Stanislav Diçkonu və Valeri Zaxarovu hədəfləyəcək.

***

Avropa Birliyinin (AB) müxtəlif münaqişələrdə insan haqları pozuntularına görə Rusiyanın Vagner özəl hərbi podratçı şirkətinə sanksiya açıqlayacağı gözlənir.

Dekabrın 13-də AB xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə səkkiz nəfərə, Vagner qrupuna və daha üç hüquqi şəxsə sanksiyalar elan edəcək.

İttihamlar

Sanksiyalara səyahət qadağası, blok daxilində aktivlərin dondurulması, AB şirkətləri və fərdlərinə sanksiya altında olanlarla iş görmək qadağası daxildir.

Qərb dövlətləri Moskvanı Ukrayna, Liviya, Suriya, Sudan, Mozambik və Mərkəzi Afrika Respublikasındakı münaqişələrdə Vagner-dən istifadədə suçlayır.

Rusiya isə hökumətlə muzdlular arasında heç bir əlaqənin olmadığını deyir, bu yarımhərbi şirkəti təlimçilər, müşavirlər qrupu kimi təqdim edir. Amma onların döyüş əməliyyatlarında iştirakına dair dəlillər var.

Fransanın əndişəsi

Fransa şirkətin Afrikada, özəlliklə keçmiş müstəmləkələri Mali və Mərkəzi Afrika Respublikasında fəaliyyətindən narahat olaraq sanksiyalarda təkid edib.

Malidəki hərbi xuntanın ölkədə gələn ilə planlaşdırılan prezident və parlament seçkilərinin təxirə salınması üçün Vagner qüvvələrinin yerləşdirilməsi ilə bağlı saziş imzalaması haqda xəbərlər AB-ni narahat edib.

Fransa Sahel regionunda islamçılara qarşı antiterror əməliyyatı aparıb. AB-nin isə Malidə hərbi təlim missiyası yerləşir.

BMT ekspertləri və Qərb ölkələri Vagner-i Mərkəzi Afrika Respublikasında hökuməti qüvvələri ilə birlikdə üsyançılara qarşı pozuntularda suçlayır.

Vagner-ə Rusiya Prezidenti Vladimir Putinə yaxın biznesmen Yevgeni Priqojinin başçılıq etdiyi bildirilir. Priqojin hazırda ABŞ və AB-nin sanksiyaları altındadır.

XS
SM
MD
LG