Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:54

Son 2 gündə Suriyada 120-dən çox adamın öldürüldüyü bildirilir


Human Rights Watch təşkilatı BMT-ni son 2 gündə Suriyada 120-dən çox nümayişçinin öldürülməsilə bağlı araşdırma aparmağa çağırıb.

Təşkilat ABŞ və Avropa Birliyini buna görə cavabdehlik daşıyan Suriya rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Bu ilin martından Suriyada hökumət əleyhinə nümayişlər keçirilir.

Bu müddət ərzində təhlükəsizlik qüvvələrilə toqquşmalarda 300-dən çox adam ölüb.

Yerli hüquq müdafiəçiləri onlarla müxalifət və insan haqları fəallarının saxlandığını deyirlər.
XS
SM
MD
LG