Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:35

İlqar Nəsibovun apellyasiya şikayəti təmin olunmadı


Nəsibovun vəkilləri məhkəmə qərarından kasasiya şikayəti verəcəklər
Nəsibovun vəkilləri məhkəmə qərarından kasasiya şikayəti verəcəklər

Yanvarın 18-də Naxçıvan Ali Məhkəməsi «Azadlıq» radiosunun müxbiri İlqar Nəsibovun apellyasiya şikayətini təmin etməyib. İlqar Nəsibov onun haqqında çıxarılan bir illik şərti cəzanın ləğvini və həbs olunarkən evində aparılan axtarış zamanı ona dəyən maddi-mənəvi ziyana görə kompensasiya verilməsini tələb edirdi. Jurnalistin vəkilləri yuxarı məhkəmə instansiyasına kasasiya şikayəti verəcəklər.


İlqar Nəsibov ötən il dekabrın 6-da Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə 3 aylığa həbs olunmuşdu. Naxçıvan Şəhər Polis İdarəsinin rəisi Səbuhi Novruzov iddia edirdi ki, jurnalist prezidentin elektron ünvanına göndərdiyi şikayətdə ona böhtan atıb. Elə həmin gün də onun evində axtarış aparılmış kompyuterləri müsadirə olunmuşdu. Sonradan Polis İdarəsinin rəisi iddiasını geri götürdüyündən müxbir azadlığa buraxılsa da, müsadirə edilmiş kompyuterindən çıxmış bir yazıya görə ona bir il şərti cəza verilmişdi. Məhkəmədə bildirildiyinə görə, kompyuterdən tapılmış bu yazını yerli ziyalılardan bir neçəsi özlərinə böhtan atılması kimi qiymətləndiriblər. Bu cür iddia ilə bir il şərti cəza verilmiş müxbir isə həmin yazının kompyuterə o müsadirə edildikdən sonra daxil edildiyini, hətta bu fikirləri o yazsa belə heç yanda yayılmayan, yalnız kompyuterə köçürülmüş fikirlərlə kiməsə böhtan atmağın ağlasığmaz olduğunu deyir.



XS
SM
MD
LG