Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:31

Müsəlmanların həcc ziyarəti başlayır


Məkkəni ziyarət müsəlmanlar üçün əsas şərtlərdən sonuncusu hesab edilir
Məkkəni ziyarət müsəlmanlar üçün əsas şərtlərdən sonuncusu hesab edilir

Dekabrın 17-dən müsəlmanların ənənəvi həcc ziyarəti başlayır. Gözlənilir ki, bu dəfə iki milyona qədər zəvvar Kəbəni ziyarət edəcək. Onların əksəriyyəti artıq Məkkəyə toplaşıblar.


Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bildirir ki, hökumət zəvvarları yaraqlıların hücumundan qorumaq üçün bütün təhlükəsizlik tədbirləri gücləndirilib.


Bu il Azərbaycandan 6 min zəvvar həcc ziyarətinə yollanıb. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən ayrılmış 4500 yerlik kvota dolub, qalan yerlər həcc ziyarətinin təşkili ilə məşğul olan özəl turist şirkətləri tərəfindən tutulub.


Həcc ziyarətinə quru yolunu seçən zəvvarların sonuncu qrupu dekabrın 5-də yola düşüb.


Məkkəni ziyarət İslamın müsəlmanlar üçün buyurduğu əsas şərtlərdən beşinci və sonuncusu hesab edilir.


XS
SM
MD
LG