Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:35

«Azadlıq» radiosu hələ də İlqar Nəsibovun taleyindən narahatdır»


Ceffri Qedmin radionun əməkdaşının dərhal azad olunmasını tələb etmişdi
Ceffri Qedmin radionun əməkdaşının dərhal azad olunmasını tələb etmişdi

«Azadlıq» radiosu hələ də Naxçıvan müxbirimiz İlqar Nəsibovun taleyindən narahatdır. Jurnalisti həbsxanadan buraxsalar da, onu 1 illiyinə azadlıqdan şərti məhrum ediblər». Bunu «Azad Avropa və Azadlıq» radiolarının prezidenti Ceffri Qedmin deyib.


Cənab Qedmin bildirib ki, İlqar Nəsibov barəsində birinci hökm ləğv olunub, jurnalist həbsdə deyil, buna görə nisbətən yüngülləşmə var. Amma yenə də indiki halda jurnalisti məsuliyyətdən azad edilmiş hesab etmək düzgün olmazdı.


İlqar Nəsibov dekabrın 6-da həbs olunarkən Ceffri Qedmin bəyanat verərək radionun əməkdaşının dərhal azad olunmasını tələb etmişdi.


XS
SM
MD
LG