Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:49

«Azadlıq» radiosunun əməkdaşı həbs edildi


Azərbaycanda həbs olunmuş jurnalistlərin sayı 10-a çatdı
Azərbaycanda həbs olunmuş jurnalistlərin sayı 10-a çatdı

«Azadlıq» radiosunun Naxçıvanda işləyən əməkdaşı İlqar Nəsibov həbs edilib. Naxçıvan Şəhər Məhkəməsi onun 3 aylığa həbs olunması barədə qərar çıxarıb.


Məhkəmədən sonra jurnalistin evində axtarış aparılıb və onun kompyuteri götürülüb.


Naxçıvan Şəhər Polis İdarəsinin rəisi Səbuhi Novruzov jurnalistin ona böhtan atdığını bildirərək məhkəməyə müraciət etmişdi. Bundan əvvəl jurnalist özünün təzyiqlərə məruz qalmasına görə prezidentin elektron ünvanına şikayət göndərmişdi. Polis rəisi isə bu şikayətlə jurnalistin ona böhtan atdığını deyərək məhkəməyə müraciət etmişdi.


Dekabrın 4-də bu iddia üzrə ilkin məhkəmə araşdırmasında polis rəisi İlqar Nəsibova qarşı iddiasını geri götürdüyündən tərəflər arasında barışıq əldə edilmişdi.


İki gün sonra - dekabrın 6-da isə jurnalist yenidən məhkəməyə çağırılaraq polis rəisi Səbuhi Novruzovun iddiası üzrə baxış keçirilib. Vəkili bildirib ki, rəis barışıqla bağlı əvvəlki qərarla razılaşmır və iddiasının araşdırılmasını istəyir. Hakim jurnalist İlqar Nəsibovun vəkillə təmin olunmaq və onun sübutlarının dinlənilməsi barədə tələblərini təmin etməyib. Yekunda isə jurnalisti Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə - böhtan atmaqda suçlu bilərək onun üç aylığa azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.


XS
SM
MD
LG