Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:44

«Sərhədsiz Reportyorlar» Naxçıvan hakimiyyətini pisləyir


Təşkilatın bəyanatında deyilir ki, Mehdiyevin qohumları daim hüquq-mühafizə orqanları tərəfindən hədələrə məruz qalırlar
Təşkilatın bəyanatında deyilir ki, Mehdiyevin qohumları daim hüquq-mühafizə orqanları tərəfindən hədələrə məruz qalırlar

«Sərhədsiz Reportyorlar» mətbuatı beynəlxalq müdafiə təşkilatı Naxçıvan hakimiyyətini «Yeni Müsavat» qəzetinin regional müxbiri Həkimeldostu Mehdiyevin müntəzəm təqibi və hüquqlarının pozulmasına görə pisləyib.


Təşkilatın bəyanatında deyilir ki, onun keçən ay beş gün müddətinə həbs olunduğu andan Mehdiyevin qohumları daim hüquq-mühafizə orqanları tərəfindən hədələrə məruz qalırlar.


«Biz jurnalistin özünün və ailəsinin təhlükəsizliyinə zəmanət vermək tələbi ilə prezident İlham Əliyevə müraciətini dəstəkləyirik», - deyə qurumun «Turan»a daxil olmuş bəyanatında qeyd edilib.


Sentyabrın 23-də Mehdiyevin həbs olunduğu vaxtdan hökumət orqanları onun qardaşının çayxanasını bağlayıb, ailəsini üzvlərini isə beynəlxalq təşkilatlara şikayət edəcəkləri halda zorakılığa məruz qoyacaqları ilə hədələyib və Naxçıvanı tərk etməyi qadağan ediblər.


Bundan sonra jurnalist prezident İlham Əliyevə məktub yazaraq bildirib ki, əgər onun və ailə üzvlərinin təhlükəsizliyinə zəmanət verilməzsə, xaricdən siyasi sığınacaq istəməyə məcbur olacaq.


Sentyabrın 22-də H.Mehdiyev Naxçıvanda polisə müqavimət ittihamı ilə 15 sutka müddətinə həbs olunub. Beş gün saxlandıqdan sonra isə buraxılıb. Jurnalist həbsdə olduğu müddətdə fiziki və mənəvi təzyiqlərə məruz qaldığını iddia edir.


XS
SM
MD
LG