Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:57

Politkovskayanın qətlində güc strukturları əməkdaşlarının da əli olub?


Anna Politkovskaya ötən il oktyabrın 7-də evinin girişində qətlə yetirilib
Anna Politkovskaya ötən il oktyabrın 7-də evinin girişində qətlə yetirilib

«Novoya qazeta»nın şərhçisi Anna Politkovskayanın qətlində şübhəli bilinənlər arasında Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin keçmiş və indiki əməkdaşları da var. Bu barədə Rusiyanın baş prokuroru Yuri Çayka məlumat verib.


Jurnalistin qətli ilə bağlı 10 nəfər həbs olunub. Yaxın vaxtlarda onların hamısına ittiham irəli sürüləcək.


Prokurorun dediyinə görə, cinayəti sifarişli qətllər üzrə ixtisaslaşan Moskva cinayətkar qruplaşmasının çeçen əsilli lideri təşkil edib.


Onun fikrincə, jurnalistin ölümündə yalnız Rusiyanın xaricində yaşayan şəxslər maraqlı ola bilərdi.


Politkovskayanın qətlinin müstəqil təhqiqini aparan «Novaya qazeta»nın redaksiyasından bildiriblər ki, hələlik hüquq mühafizə orqanlarının işindən razıdırlar.


Anna Politkovskaya ötən il oktyabrın 7-də evinin girişində qətlə yetirilib. İstintaqın əsas versiyasına əsasən, qətl onun peşə fəaliyyəti ilə əlaqədardır.


XS
SM
MD
LG