Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:48

Siqaret çəkmə ilə mədəaltı vəzinin xərçəngi arasında əlaqə aşkarlanıb


Tütünün tərkibində olan maddələr xərçəng yaratmasalar da, inkişafına yardım edir
Tütünün tərkibində olan maddələr xərçəng yaratmasalar da, inkişafına yardım edir

Ceyms Trosko və onun Miçiqan Universitetindən olan həmkarları siqaret çəkmə ilə mədəaltı vəzinin xərçəngi arasında qarşılıqlı əlaqəni tədqiq ediblər. Onlar müəyyən ediblər ki, tütün məmulatlarının çəkilməsi nəticəsində alınan kimyəvi maddə - polisiklik aromatik karbohidrogenləri (PAK) orqanizmin hüceyrələri arasında qarşılıqlı əlaqəyə müdaxilə edir. Onlar mütləq xərçəng yaratmasalar da, inkişafına yardım edir. Bu maddələr hüceyrələrin mutasiyasına səbəb olmur, amma əvvəllər mutasiya etmiş hüceyrələrin sayını artırır.


Yaxşı xəbərsə odur ki, insanlar siqareti atmaqla xərçəngdən yayınma şanslarını xeyli artıra bilərlər.


Ceyms Troskonun dediyi kimi, «əgər bu kimyəvi maddələr xərçəngin təşəbbüskarı yox, təbliğatçısı qismində çıxış edirlərsə, onda siqaret çəkməyin dayandırılması prosesi ləngitməyə kömək edə bilər».


XS
SM
MD
LG