Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:31

Mobil telefon beyin şişinə səbəb ola bilər


Şiş telefonun başa yaxın tutulan hissəsindən başlayaraq genişlənir
Şiş telefonun başa yaxın tutulan hissəsindən başlayaraq genişlənir

Avropanın beş ölkəsində 4500 mobil telefon istifadəçiləri arasında aparılan müayinə nəticəsində həkimlər belə qənaətə gəliblər. Onların fikrincə, 10 il ərzində mobil telefondan istifadə edən insanlar arasında beyin şişinin inkişafı riski mobil telefondan istifadə etməyənlərlə müqayisədə daha çoxdur. Şiş danışıq zamanı əsasən mobil telefonun başa yaxın tutulan hissəsindən başlayaraq genişlənir.


Amma, eyni zamanda alimlər xəbərdarlıq edirlər: «Bizim nəticələr ümumilikdə mobil telefondan istifadə zamanı qlioma (salamat şiş) riskinin artmasına işarə etmir. Qəti qərar verməzdən əvvəl araşdırmalar davam etdirilməlidir».


Nəticələr təfərrüatı ilə fevral ayında Beynəlxalq Xərçəng Xəstəlikləri Jurnalında dərc olunacaq.


Dünyada mobil telefonların satış həcmi 2005-ci illə müqayisədə 22.5 faiz artaraq ilk dəfə 1 milyard ədədi ötüb. Bu haqda Amerikanın «International Data» tədqiqat şirkətinin materiallarında deyilir.


Finlandiyanın «Nokia» şirkəti bu sahədə mütləq lider olaraq qalır, bazarın 34 faizi onun payına düşür. Amerikanın «Motorola» və Cənubi Koreyanın «Samsunq» şirkətləri ikinci və üçüncü yerləri bölüşür, onların satış payı müvafiq olaraq 21.3 və 11.6 faiz təşkil edib.


XS
SM
MD
LG