Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:36

Senator Bəxtiyar Hacıyevlə bağlı Hillari Klintona məktub yazıb


ABŞ Senatoru Mark Kirkin həbsdəki gənc fəal və bloqqer Bəxtiyar Hacıyevlə bağlı Dövlət katibi Hillari Klintona məktub yazıb.

Məktubda deyilir ki, Bəxtiyar Hacıyevin hüquqları həm Azərbaycan konstitusiyası, həm də Beynəlxalq İnsan Haqları Deklarasiyasına görə, pozulub.

Senator Dövlət katibini Azərbaycanın insan haqları sahəsində beynəlxalq standartlara əməl etməsi üçün çağırışlarını davam etməyə, B. Hacıyevin məhkəməsi başlayana kimi onu azadlığa buraxmağa və ona qarşı pis rəftarla bağlı ittihamları araşdırmağa səsləyib.

B. Hacıyevin Harvard Universitetinin məzunu olduğunu xatırladan senator qeyd edib ki, o, ötən ilin parlament seçkilərində öz namizədliyini irəli sürüb. İlk səfə hərbi xidmətdən yayınmağa görə 2010-cu ilin noyabrın 18-də saxlanıb. Facebook sosial şəbəkəsində gənclərin etiraz aksiyası təşkil etməsinə yardım edib, martın 4-də həbs edilib.

Rəsmi ittihama görə, Bəxtiyar Hacıyev Gəncə şəhərini tərk etməmək barədə iltizamın şərtlərini pozub.
XS
SM
MD
LG