Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:45

İranda etirazlar bayram günlərində də zorakılıqla yatırdılıb


Məhsa Əmininin məzarı başına yığışanlar
Məhsa Əmininin məzarı başına yığışanlar

Novruz bayramı günlərində İranın qərbində bir sıra kürd şəhərlərində hökumətə qarşı etirazları təhlükəsizlik qüvvələri zorakılıqla yatırdıb.

Sosial mediada yayılan xəbərlərdə Məhabad, Oşnaviyə, Bükan, Piranşəhr, Saqez, Sənəndəc, Dehgulan şəhərlərində adamların martın 20-də küçələrə çıxdığı, ancaq hökumət qüvvələrinin hücumuna məruz qaldığı görünür.

Evlərin pəncərə və damlarından şüarlar səslənib

Yerli mənbələr, o cümlədən “Hengaw” insan haqları qrupunun vebsaytına görə, Saqez şəhəri sakinləri ötən sentyabrda polisdə vəfat etmiş Məhsa Əmininin məzarı başına yığışıb. Məhz 22-yaşlı Əmininin polisdə ölümü o vaxtdan İranda etirazlara yol açıb.

Məzar başına yığışanlar “Şəhidlər ölmür” və digər antihökumət şüarları səsləndiriblər.

Tehranın Ekbatan və digər ərazilərində etirazçılar isə Ali dini lider Əli Xameneyini nəzərdə tutaraq “Diktatora ölüm” qışqırıblar. Bu şüar Yeni ilin gəlişində evlərin pəncərə və damlarından eşidilib.


Davam edən etirazlar

Əmini guya hicabı düzgün bağlamadığına görə polis tərəfindən saxlanmışdı. Rəsmilər onun saxlanandan üç gün sonra ölümünü ürək tutması ilə əlaqələndiriblər. Ötən sentyabrdan İranı bürüyən etirazlarda azı 500 nəfər, o cümlədən 71 uşaq öldürülüb.

Rəsmilər dəlil gətirmədən nümayişlərə görə Qərbi ittiham edir, etirazçılara daha sərt divan tutulacağını deyirlər.

Bu etirazlar 1979-cu il inqilabından bəri İslam hökumətinə qarşı ən böyük təhdid sayılır.

Nümayişlərdə minlərlə insan, çoxsaylı etirazçı, jurnalistlər, vəkillər, fəallar saxlanıb.

XS
SM
MD
LG