Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:49

Separatçılar Bakı ilə danışıqlardan imtina edirlər?


Seyran Ayrapetyan
Seyran Ayrapetyan

Xankəndidəki separatçı rejim Azərbaycan hökumətinin onlarla reinteqrasiya məsələlərinin müzakirəsi üçün Bakıya dəvətini rədd edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, separatçı rejiminin “prezidenti” kimi təqdim olunan Arayik Arutyunyanın ofisi bu təklif barədə heç bir rəsmi məlumat yaymasa da, başqa Qarabağ “rəsmiləri” bu məsələyə münasibət bildiriblər.

“Qarabağ parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri” kimi təqdim olunan Seyran Ayrapetyan Azatutyuna deyib ki, “onlar Bakının təklifinin qəbul edilməsini istisna edirlər”.

Ayrapetyan deyib ki, “Qarabağın müstəqilliyinin alternativi yoxdur”, amma Azərbaycan prezidenti İlham Əliyev onları danışıqlar üçün üçüncü bir ölkəyə, həm də “Qarabağın öz müqəddəratını təyin etməsinin müzakirəsi gündəliyi ilə” dəvət etsə, onlar belə bir danışıqlara hazırdırlar:

“Məsələnin qoyuluşu – inteqrasiya, reinteqrasiya – onun dərhal rədd edilməsini tələb edir. Burada söhbət ondan gedir ki, üstümzə silah çəkib bizi inteqrasiyaya dəvət edirlər...Biz onların dediyi kimi reintreqrasiya və inteqrasiya barədə yox, bizim öz müqəddəratımızı müəyyən etmək hüququmuzun tanınması və başqa məsələlər barəsində bərabər tərəf kimi danışıqlara gedə bilərik”.

Xankəndi sakini: 'Mağazalar yenə boşalır, qiymətlər azı iki dəfə bahalaşıb'
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

Ayrapetyan bildirib ki, onlar deputat həmkarları ilə Bakının dəvətini müzakirə edərək bəyanatla çıxış edəcəklər.

Azatutyun yazır ki, Bakı Qarabağ ermənilərini danışıqlara dəvət etməklə yanaşı eyni zamanda onları ən müxtəlif addımları ilə təhdid edir.

Seyran Ayrapetyan iddia edib ki, Bakı belə hədələrlə ermənilərin Qarabağı tərk etməsinə nail olmaq istəyir.

O qeyd edib ki, Azərbaycanın eskalasiyaya getməsini mümkün sayır və Qarabağ buna hazır olmalıdır.

Ermənistan Hindistandan yeni silahlar alır
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Separatçılar Yerevana da tələb səsləndiriblər

Ayrapetyan "bəs Qarabağ buna hazırdırmı" sualına “bu sualı Ermənistanın baş naziri və müdafiə nazirinə verin” sözlərilə cavab verib:

“Artsax (Qarabağ-red) xalqı son damla qanını verməyə hazırdır, amma müdafiə nazirinə və baş nazirə zəng edib soruşun ki, Artsax (Qarabağ-red) nə dərəcədə və hansı mümkün təcavüzə hazırdır”.

Azatutyun yazır ki, Bakıdan səslənən hədələrlə bağlı Qarabağın “dövlət naziri və mülki müdafiəsinin rəisi” kimi təqdim olunan Qurgen Nersisyan bu yaxınlarda Qarabağdakı sığınacaqların vəziyyətini müzakirə etmək üçün müşavirə keçirib.

Azatutyunun yazdığına görə Arayik Arutyunyan da “böhranlı vəziyyətlə” əlaqədar iclas keçirib.

Bu da xəbər verilir ki, “Qarabağ deputatları” yaranmış vəziyyətdə Bakı ilə birbaşa danışıqları qeyri-məqbul hesab edirlər:

“Qarabağ münaqişəsi beynəlxalq gündəliyin məsələsi kimi müvafiq beynəlxalq qurumların vasitəçiliyi və qarantiyaları və Minsk qrupunun həmsədri olan ölkələrin səlahiyyətli nümayəndələrinin cəlb olunması ilə keçirilən danışıqlarda həll olunmalıdır”.

Azatutyun yazır ki, eyni zamanda separatçıların “parlamenti” Ermənistan hakimiyyətindən Ermənistan Respublikası Ali Sovetinin 8 iyul 1992-ci il qətnaməsinə sadiq qalmasını, Qarabağ xalqının öz müqəddəratını müəyyən etmək hüququnu şübhə altına almamasını tələb edib.

Həmin qətnamədə deyilirdi ki, Ermənistan Qarabağın Azərbaycanın tərkibində qalmasını nəzərdə tutan heç bir beynəlxalq sənəd imzalamayacaq.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər daha sonra da bölgədə nəqliyyat və iqtisadı əlaqələrin bərpasını vacib sayan daha bir neçə bəyanat qəbul ediblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG