Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:56

Almaniya xarici işlər naziri Laçın dəhlizinin açılmasına çağırıb


Annalena Berbok
Annalena Berbok

Almaniyanın xarici işlər naziri Annalena Berbok (Annalena Baerbock) fevralın 7-də hazırda Almaniyada olan ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündən sonra Qarabağı Ermənistanla birləşdirən Laçın yolunun açılmasına çağırıb.

AFP agenlyinin məlumatına görə Avropa İttifaqının regiondakı missiyasına rəhbərlik edən Almaniyanın xarici siyasət idarəsinin rəhbəri jurnalistlərə deyib ki, humanitar vəziyyətin eskalasiyası “blokadaya təcili qaydada son qoyulmasını” tələb edir. O Qarabağdakı vəziyyət barədə bunları deyib:

"Supermarket rəfləri boşdur, dərmanlar çatışmır...ailələrin üzvləri Ermənistanda ilişib qalıblar və doğmalarına qovuşa bilmirlər. Məktəblilər şaxtalı havada donurlar, çünki enerji təchizatı kəsilib”.

Berbok Mirzoyanla söhbətdən sonra deyib ki, “bölgədəki Aİ missiyasından məqsəd təlatümlü regionda daha çox sabitlik və hər şeydən əvvəl etimadın artırılmasıdır”.

Ən xırda qığılcım

Onun sözlərinə görə bura həm də milli və yerli hakimiyyət orqanları arasında qaynar xətlərin yaradılması daxildir:

"Biz son illərdə görürük ki, ən xırda qığılcım ərazidə yanğına səbəb ola bilir. Etibarlı kommunikasiya kanalları bu riski azaldır”.

Berbok qeyd edib ki, Almaniya missiyanın başçısı kimi işini yerli polis və mülki ekspertlərlə koordinasiya edəcək.

Berbok xatırladıb ki, bu regionda 30 illik münaqişə “böyük insan iztirabına” səbəb olub:

"Bizim heç bir illüziyamız yoxdur, burada məsələlər bir gündə həll oluna bilməz”.

Ermənistan ordusunun daha bir zabiti casusluq ittihamı ilə tutuldu
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Bakının mövqeyi

Azərbaycan tərəfi Praqa dördtərəfli görüşündə Aİ-nin regiona ikiaylıq missiyasına icazə vermişdi.

Lakin Bakı bunun ardınca göndərilən ikinci ikiillik missiyaya razılıq vermədiyini bildirib.

İlham Əliyev bununla bağlı yanvarın ortalarında demişdi ki, Aİ bu addımıyla təhlükəsizliyə töhfə vermir, Ermənistanla Aİ Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqları şübhə altına qoyur.

“...Əgər bizim arxamızda belə oyunlar gedəcəksə, onda bu formatın da gələcəyi şübhə altına düşəcək. Fransa faktiki olaraq özü-özünü bu prosesdən tamamilə təcrid etmişdir. İndi qalır Amerika və Rusiya. Yəni, danışıqlar meydançalarını hazırda belə görürük. Əlbəttə ki, Avropa da ola bilər, amma əgər, yenə də deyirəm, bizimlə özünü dürüst aparsa”, – Əliyev vurğulayıb.

Xatırlatma

Ötən ilin dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG