Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:53

İranda etirazçıları müalicə edən həkimlərə işgəncə verilib


Biləsuvarda İran radioları Azərbaycan dilində təbliğat aparır
Gözlə

No media source currently available

0:00 0:08:27 0:00

Biləsuvarda İran radioları Azərbaycan dilində təbliğat aparır

Son bir ayda İranın cənub-qərbi Zahedan şəhərində narazılığın yatırdılmasına çalışan təhlükəsizlik qüvvələri azı 185 nəfəri həbs edib. Bunu İranda sünni azlığın hüquq pozuntularını monitorinq edən “Haalvsh” qrupu bildirir.

İnsan haqları qrupu saxlananlardan 125-inin kimliyini müəyyənləşdirə bildiyini açıqlayıb. Ancaq onu da qeyd edir ki, İnternetin kəsilməsi, ailələrin dəfələrlə təhdid olunması real rəqəmin üzə çıxarılmasına imkan verməsə də, saxlananların sayı azı 185 nəfərdir.

“Qanlı Cümə”dən bəri

Əfqanıstan və Pakistanla həmsərhəd Sistan-Baluçistan əhalisi sentyabrın 30-dan bəri hər cümə etirazlar keçirir. “Qanlı Cümə” adı verilmiş həmin tarixdə Zahedanda 100-dək insanın öldürüldüyü, yüzlərlə insanın yaralandığı bildirilir. Etirazlara 22 yaşlı Məhsa Əmininin polisdə vəfatı səbəb olub. Qadının hicab qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən saxlandığı deyilir. Çabahar polis komandirinin 15 yaşlı qıza cinsi təcavüzü iddialarından sonra etirazlar daha da genişlənib.

Əmininin ölümü İranda irimiqyaslı etirazlara səbəb olub. ABŞ-də yerləşən HRANA agentliyi iğtişaşlarda azı 527 nəfərin, o cümlədən 71 azyaşlının öldürüldüyünü açıqlayıb.

Sistan-Baluçistan vilayətinin əhalisinin əksəriyyətini sünni müsəlmanları təşkil edir.

İran hakimiyyəti rejimə qarşı etirazlara qatılan, yaxud yaralı nümayişçiləri müalicə edən onlarla tibb işçisini də həbsə atıb. Bu haqda AzadlıqRadiosunun müxbiri Golnaz İsfəndiyari yazır.

İttihamlar

Noyabrın sonunda qərbi Kürdüstan vilayətinə gedən üç iranlı həkim bir neçə gündən sonra təhlükəsizlik ittihamları ilə həbs olunub. Onlar ötən ay zaminə buraxılıblar, ancaq saxlananda işgəncə gördüklərini deyirlər, məlumatlı mənbələr AzadlıqRadiosuna danışıb.

“Qiyamçıları” müalicə cəhdlərindən dolayı “ölkənin təhlükəsizliyini pozmaqda”, “ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayətlər törətməkdə” ittiham olunan həkimlər təqsirli bilinərlərsə uzunmüddətli həbsə məhkum oluna bilərlər. Hakimiyyət etirazçılara “qiyamçılar” deyir.

Yaser Bahramirad, Behnam Ohadi Humayun Eftexarnia nümayişlərə qatılan, yaxud xəsarət alan etirazçıları müalicə etdiyinə görə həbs olunan tibb işçiləri sırasındadır.

Həkimlər noyabrın 30-da Əmininin doğma şəhəri Saqezə gedərək bir neçə nəfəri müayinə edib, ehtiyacı olanlara dərman paylayıblar. Onlar daha sonra Kürdüstan vilayətinə qonşu Qərbi Azərbaycana gediblər.

İşgəncə

Dekabrın 3-də Məhabad şəhərinə çatandan bir neçə saat sonra həkimlər həbs olunub, onların dərmanları və tibbi cihazları müsadirə edilib. Həbsxanaya aparılan həkimlərə işgəncə verilib.

Mənbələrin dediyinə görə, üç həkim bir aydan çox təkadamlıq kameralarda saxlanıb, yuxudan məhrum ediliblər. Müstəntiqlər onlara yalandan ailə üzvlərinin öldürüldüyünü deyərək iradələrini qırmağa çalışıb.

Mənbələr deyir ki, saatlarla dindiriləndən sonra gur işıq və uca səs, o cümlədən azan səsilə həkimlərin yatmasına imkan verilməyib. Müstəntiqlərdən biri onlara deyib ki, “İslam isteblişmentinə qarşı çıxanlar öldürülməyə layiqdir, çünki müalicə alarlarsa, yenə qiyama qatılarlar”, mənbə deyir.

Həkimlərdən Bahramirad keçmişdə həbs görmüş tələbə fəaldır. Müstəntiqlər onu mühacirətdə olan kürd müxalifət qruplarıyla əlbirlikdə ittiham ediblər. Hakimiyyət Kürdüstandakı iğtişaşlara görə həmin qrupları suçlayır.

53 tibb işçisi həbsə atılıb

Kanadada yaşayan fəal Homa Fati AzadlıqRadiosuna deyib ki, son etirazlarda azı 53 tibb işçisinin, həmçinin 54 tibb tələbəsinin həbs olunduğunu sənədləşdirib.

Çoxu zaminə buraxılsa da, həbs olunanların real sayının daha böyük olduğu bildirilir.

“Onların vəziyyəti yaxşı deyil. Bəzilərinin işləməsinin qarşısı alınıb. Onları daim izləyirlər”, – fəal vurğulayıb.

Sənəndəc şəhərində Mohsen Sohrabi adlı həkimim itkin düşdüyü, Tehranda yaralı etirazçılara yardım edən Aida Rostaminin naməlum şəraitdə öldüyü bildirilir.

XS
SM
MD
LG