Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:41

İrana casusluq edənlərin tutulduğu deyilir, amma…


'Kərimə dövlət' sayıqlaması: 'İran 44 günlük savaşdan sonra taktikasını dəyişib'
Gözlə

No media source currently available

0:00 0:09:05 0:00

'Kərimə dövlət' sayıqlaması: 'İran 44 günlük savaşdan sonra taktikasını dəyişib'

Yanvarın 31-də Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirildiyi bildirilir. Yerli saytlarda yayılan məlumatlara görə, Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər şübhəli şəxs tutulub.

Fevralın 1-də isə saytlar həmin ittihamla saxlananların sayının 40-a yaxınlaşdığını vurğulayıblar. İddialara görə, həmin şəxslər Azərbaycanda din pərdəsi altında təxribatlara cəhd ediblər, sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar aparıblar…

Amma belə məlumatları, hələlik, hüquq-mühafizə orqanları nə rəsmi təsdiq, nə də təkzib edir. Üstəlik, müdafiə tərəfinin də mövqelərini öyrənmək mümkün olmayıb.

E.Məmmədov
E.Məmmədov

"Azərbaycanda Xamneyinin siyasətini bəyənən adamlar var"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov "Turan"a bildirib ki, İran uzun illər bu sahədə kifayət qədər ciddi fəaliyyət göstərib. Onun fikrincə, Azərbaycanda İran və onun dini lideri Xamneyinin siyasətini bəyənən, müdafiə edən adamlar var: "Şəbəkə olub-olmamasını deyə bilmərəm, ancaq belə adamlar var. Hətta müəyyən media təşkilatlarında, sosial şəbəkələrdə da belə adamlar var ki, vaxtaşırı İranın xeyrinə və bizim əleyhimizə fikirlər bildirirlər".

Deputat hesab edir ki, həmin şəxslər 90-cı illərdə İran Azərbaycanın bir çox gənclərini öz dini mərkəzlərinə təhsil almaq adı ilə dəvət edəndə gücləniblər: "Sonradan məlum oldu ki, bunların bəziləri dini təhsillə paralel başqa hazırlıqlar da keçiblər. Bu, sonra özünü büruzə verdi".

A.Qasımlı
A.Qasımlı

"Ən böyük casus şəbəkəsi İrana yox,…"

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı isə AzadlıqRadiosuna deyib ki, istənilən ölkənin casus şəbəkəsi var: "Hesab edirəm ki, ən böyük casus şəbəkəsi İrana yox, Rusiyaya məxsusdur".

Politoloqun sözlərinə görə, belə şəbəkələrin Azərbaycan üçün nə dərəcədə təhlükəli olduğunu dəqiq müəyyən etmək üçün dövlət orqanlarının içində olmalısan: "Çünki dəqiq bilmək lazımdır ki, onun miqyası nə qədərdir, dövlət, hökumət içinə nə qədər giriblər. Amma dəqiq demək olar ki, İran bir dövlət olaraq fərqli-fərqli ölkələrdə terrordan istifadə edib və çox aqressiv hərəkətlərlə seçilir. Bu baxımından təhlükəli ola bilər".

R.Səfərov
R.Səfərov

"Saxta dövlətə xəyanət ittihamı üzrə mühakimələr də…"

Hüquq müdafiəçisi Rüfət Səfərov da AzadlıqRadiosuna bildirib ki, Azərbaycanın milli təhlükəsizliyini təhdid edən xarici dairələr var: "Hesab edirəm ki, İran terroru dəstəkləyən dövlətdir. Bu dövlətin də Azərbaycanda casus şəbəkəsinin olduğunu inkar etmək olmaz".

Son həbslərlə bağlı isə o, qeyd edib ki, istintaq və məhkəmə araşdırmasından sonra bir fikir yürütmək olar: "Bəri başdan hazırkı təqibi şübhə altına almaqdan uzağam. Lakin əvvəlki dövrlərdə siyasi yüklü, ya da saxta dövlətə xəyanət ittihamı üzrə mühakimələr də olub. Ümumiyyətlə, təəssüf ki, ölkəmizdə ədalət mühakiməsinin, müstəqil istintaq və məhkəmə sisteminin olmadığını deyə bilərik".

Biləsuvarda İran radioları Azərbaycan dilində təbliğat aparır
Gözlə

No media source currently available

0:00 0:08:27 0:00

Hələlik, bu fikirlərə İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma həmin səfirlikdən, bir qayda olaraq, Azərbaycana dost və qardaş münasibəti bəslənildiyi bildirilib. İran rəsmiləri hesab edirlər ki, bu iki ölkənin münasibətlərini korlamağa çalışan xarici qüvvələr var.

Xatırlatma

Yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin rəisi həlak olub, iki əməkdaş isə yaralanıb. Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyində çalışanlar təxliyə ediliblər. Ondan bir gün əvvəl, yanvarın 28-də isə İran Prezidenti İbrahim Rəisi prezident İlham Əliyevə zəng edərək həmin olayla bağlı başsağlığı verib. Rəisi həmçinin bəyan edib ki, "İran və Azərbaycan hökumətləri iki xalqın münasibətlərinin bədxahlarının təsiri altına düşməsinə imkan verməyəcəklər". Rəisinin sözlərinə görə, cinayət hərtərəfli və tam araşdırılacaq.

XS
SM
MD
LG