Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:43

İranda 15 məhbus qadın aclıq aksiyasına başlayıb


Həbsxanada zorlandığı iddia edilən Armita Abbasi
Həbsxanada zorlandığı iddia edilən Armita Abbasi

Tehran yaxınlığındakı Kaçui həbsxanasında 15 qadın məhbus saxlanma şəraitlərinin və məhbuslara tibbi yardım göstərilməsinin yarıtmazlığına görə aclıq aksiyasına başladıqlarını bildiriblər.

Onların arasında oktyabrın 10-da Kərəc şəhərində təhlükəsizlik qüvvələrinin həbs etdiyi Armita Abbasi də var.

Abbasinin anası Instagramda yazıb ki, qızının aclıq aksiyasına görə həbsxana rəhbərliyi onunla görüş vermir.

O habelə əlavə edib ki, məhkəmə onun qızının vəkilini qəbul etməyib.

Bundan bir həftə əvvəl ölüm cəzasına məhkum edilmiş Məhəmməd Mehdi Kəraminin vəkili də eyni problemlə üzləşdiyini bildirib.

Noyabr ayında ABŞ-ın CNN telekanalının jurnalist təhqiqatının nəticələrində deyilirdi ki, İran boyunca həbsxanalarda etirazlarda həbs edilmiş qadın məhbuslar zorlama ilə üzləşirlər.

Almaniya deputatı səfirliyə məktub yazıb

Kərəcdəki Kaçui həbsxanasında aclıq elan edənlərin arasında 32 yaşlı rəssam Elham Modarəsi də var.

Rəssam qadın bildirib ki, təqsirini etiraf etməsi üçün ona təhlükəsizlik xəfiyyələri tərəfindən işgəncə verilib.

Onlar xanım Modarəsinin boynuna bir neçə cinayətləri qoymağa çalışırdılar.

Almaniya Bundestaqının üzvü və Modarəsinin siyasi sponsoru Kerstin Viereqe də onun sağlamlıq durumu ilə bağlı narahatlığını bildirib.

O bu barədə İranın Berlindəki səfirliyinə məktub yazdığını deyib.

Sosial mediada yayılan xəbərlərdə digər aksiyaçıların Fatimə Nəzərinejad, Fatimə Mosle Heydərzadə, Nilufər Şakəri, Mərziyə Mirqasımi, Şəhrizad Derəxşan, Fatimə Camalpur, Həmidə Zərayi, Nilufər Kerdoni, Səmayə Məsumi, Fatimə Hərbi, Ənisə Musəvi, Jasmin Hacı MirzəməhəmmədiMaidə Söhrabi olduğu deyilir.

İnsan haqları təşkilatları bildirirlər ki, İranda sentyabrın ortalarından bəri ölkə boyunca yayılmış etirazlara görə minlərlə insan saxlanıb.

Saxlananların bir çoxlarının ailələri hakimiyyətin qəzəbinə gəlməmək üçün şikayət etmirlər.

Özünü yandıran Naxçıvan sakini: 'Polislər atamın şalvarını soyundururdu'
Gözlə

No media source currently available

0:00 0:11:20 0:00

Xatırlatma

İranda sentyabrın ortalarında, deyilənə görə hicab qaydasını pozduğuna görə polisə aparılan gənc qadın Məhsa Əmini orada vəfat etdikdən sonra bu hadisə ilə bağlı başlanan etirazlar ölkəni bürüyüb.

Polis qadının xəstəliyinə görə vəfat etdiyini bildirsə də, etirazçılar və ailəsi Əmininin döyülərək öldürüldüyünü iddia edirdilər.

Hazırkı küçə etirazları İranda 1979-cu il inqilabından bəri ən böyük həyəcan sayılır.

Ölkənin müxtəlif şəhərlərində qadınlar etiraz olaraq hicablarını atır, yandırır və saçlarını kəsirlər.

Fəalların HRANA agentliyi yanvarın 2-ə olan məlumata görə etirazlar ərzində 70-i azyaşlı olmaqla azı 516 nəfərin öldüyünü bildirib.

Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı isə bildirir ki, İranda ötən il edam edilənlərin sayı 500 nəfərdən çox olub.

İran etirazlarda iştirakilə bağlı iki nəfərin edam olunduğunu təsdiq edib.

XS
SM
MD
LG