Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:56

İran dronlarını bir neçə kilometrdən necə aşkar edirlər


Xarkovda vurulmuş dron, Ukrayna onun Shahed-136 olduğunu bildirir
Xarkovda vurulmuş dron, Ukrayna onun Shahed-136 olduğunu bildirir

Bu kamikadze dronlar çox vaxt tək-tək deyil, qrup halında uçur

Rusiya İran dronlarından istifadə etdiyini təsdiqləmir. Onları döyüşdə itirdiyini təsdiq etməsindənsə söhbət belə gedə bilməz. Tehran da Moskvaya dron göndərdiyini etiraf etmir.

Ancaq Rusiya ordusu bu dronlardan döyüşlərdə müntəzəm yararlanır. “Shahed-136” dronları Ukraynada tez-tez vurulur. Yerli sakinlərsə artıq İran dronlarını səslərindən digər insansız hava maşınlarından ayırmağı öyrəniblər. AzadlıqRadiosunun Amerikanın Səsi ilə birgə layihəsi olan “Currenttime.tv” bu haqda yazır.

Ermənistanda ehtiyatda olan hərbçiləri toplanışa çağırırlar
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

Moskva “Shahed-136”ların köməyilə Kyiv vilayətindəki Belaya Tserkovda, Odessa, Xarkov, Nikolayev və Zaporojyedə hədəfləri vurub. Ancaq dronların qalıqlarının üzərində kiril hərfləri ilə “Geran-2” yazısını görmək olur. Rus ordusunda “Shahed-136”ları bu adla adlandırırlar.

Kamikadze dronu

Bu dronlar müstəqil qaydada yüzlərlə kilometr, ola bilsin ki, hətta min kilometrdən artıq məsafə qət edə bilir. Onlar xüsusi antenalarla təchiz olunub. Bu antenalar dronları radioelektron mübarizə vasitələrindən çox effektiv qoruya bilir. “Shahed-136” haqda dəqiq məlumat çox deyil. Çünki söhbət rəsmi zavod istehsalı olan maşınlardan getmir.

"Bunlar primitiv maşınlardır. Onları “yerin altında”, yarıkustar üsulla düzəldirlər. Anlamaq lazımdır ki, bunlar “Bayraktar”lar və hər növ Amerika, İsrail insansız uçan aparatları kimi konveyerlərdə ştamplanan maşınlar deyil”, – deyə Ukrayna Silahlı Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat izah edir.

“Shahed-136” bu sadəliyi sayəsində nisbətən ucuzdur. Bu, kamikadze drondur, yalnız bir istiqamətdə uçur. Bu dronun bahalı kameraları və yerdəki operatorla əlaqə yaratmaq imkanı yoxdur. “Shahed-136”-yə sadəcə koordinatları daxil edib hədəfə tərəf göndərirlər. O, günün istənilən saatı uça bilir. Ancaq İran dronunun effektivliyini artırmaq üçün onu çox vaxt alatoranda və ya gecə vaxtı buraxırlar.

Ermənistan dronlara qarşı yeni imkanları nəzərdən keçirir
Gözlə

No media source currently available

0:00 0:06:07 0:00

“Moped”

Ancaq Ukrayna Hava Hücumundan Müdafiə qüvvələrinin döyüşçüləri hətta qaranlıqda belə “Shahed-136”nın səsini bir neçə kilometrlik məsafədən eşidə bilirlər. Onun motorlu qayıq, otbiçən və ya mopeddə olduğu kimi ikitaktlı mühərriki var. Ukrayna silahlı qüvvələrinin döyüşçüləri ona “moped” adlını qoyub. Bu kamikadze dronlar çox vaxt tək-tək deyil, qrup halında uçur.

"Onun mühərriki “Yava” [mopedinin] mühərriki kimidir. Elə quruldayır ki, gəlib başınızın üstünə çatmasına neçə kilometr qalmış yerini müəyyən etmək olur. Bu, hərbçilərə məsləhətimizdir. İkincisi, onlar o qədər də hündürdən və o qədər də sürətli uça bilmir. Onları müəyyən atıcı silahlarla belə məhv etmək olur. Üçüncüsü, onlardakı partlayıcı maddənin miqdarı o qədər olur ki, onların şəxsi heyəti məhv etməklə məşğul olması rasional deyil”, – Ukrayna Silahlı Qüvvələrinin hücum bölməsinin komandiri Madyar deyir.

“Shahed-136”nı əsasən iri statik hədəflərin üzərinə göndərirlər. Ən azı bahalı hərbi texnika, çox zamansa binaların üzərinə. "Hiss eləmişik ki, düşmən öz qanadlı raketlərinə və müxtəlif kalibrli, müxtəlif növlü raketlərinə qənaət etməyə çalışır. Çünki elə haqqında danışdığımız həmin “şahidlər” ilk növbədə qat-qat daha ucuzdur və buna görə onlardan [digər silahlardan] qat-qat daha çox istifadə etmək olar. düşmən bir hücum zamanı bu dronlardan bir neçəsini birdən buraxa bilir, bunu görmüşük”, – Odessa vilayət hərbi administrasiyasının nümayəndəsi Sergey Bratçuk danışır.

Zelenskinin müraciəti

Son həftələr ərzində Ukrayna Silahlı Qüvvələri müntəzəm olaraq “Shahed-136” dronlarının havada vurulması haqda məruzə edirlər. Onları artilleriyaçılar da zenit raketlərilə vura bilir, hava kəşfiyyatının döyüşçüləri də, pilotlar da. Aydındır ki, İran dronlarını hava hücumundan müdafiə qüvvələri qarşısında tamamilə güclü hesab etmək olmaz. Ukrayna Prezidenti Volodımır Zelenski özünün müntəzəm video müraciətlərinin birində Rusiya rəhbərliyinə rus dilində müraciət edib.

Zelenskiy hesab edir ki, pilotsuz aparatlar müharibənin gedişini dəyişmir: "İşğalçılara deyirəm. Hətta siz dünyanın başqa hansısa yerində “rus dünyası” üçün ...İran “şahidləri” qədər təbii səslənən ada malik, bizim Belaya Tserkov (Ağ Kilsə) kimi şəhərlərimizi bombalamağa çalışdığınız silah tapsanız belə, bu sizə heç cür kömək etməyəcək”.

Görünür, Rusiya “Shahed-136”lara alternativ dronlar axtarmalı olacaq. Ukrayna Silahlı Qüvvələrinin komandanlığının məlumatına görə, İran bu növ pilotsuz aparatların konveyer üsulu ilə yığılmasını təmin etmək gücündə deyil. Qurum əməkdaşlarının dəyərləndirməsinə görə, İran Rusiyaya bir neçə yüz kamikadze dron ötürüb.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb.

XS
SM
MD
LG