Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:46

Dünya Bankı gələn il artımın yavaşıyacağını proqnozlaşdırır


İllüstrativ foto
İllüstrativ foto

Bankın hesablamasına görə, Ukraynada bərpa və yenidənqurmaya azı 349 milyard dollar tələb olunacaq

Dünya Bankı bildirir ki, 2023-cü ildə Avropa və Orta Asiya ölkələri zəif artım tempinə qayıdacaqlar, bu isə Ukraynadakı müharibənin “mənfi təsirlərini əks etdirir”.

Bankın proqnozuna görə, gələn il Avropa və Orta Asiyada ÜDM 0.3 faiz artacaq. Bu isə bu ilin 0.2 faizlik proqnozundan azdır.

Bank 2022-ci il üçün iyunda 2.9 faiz azalma proqnozlaşdırırdısa, indi onu 0.2 faizə salıb və bunun gözəçarpacaq yaxşılaşma olacağını bildirir.

Kirayə evlər 16 faizədək bahalaşıb
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

Ukrayna üçün 45 deyil, 35 faiz kiçilmə

Azərbaycan üçün artım proqnozu bu il üçün 4.2, gələn ilə 2.8 faiz göstərilir.

Yeni proqnozlar regionun Ukrayna və Rusiya daxil 23 ölkəsini əhatələyir, regionun ən iri iqtisadiyyatları üçün gözlənildiyindən daha yaxşı göstəricilər ortaya qoyur.

Bankın məlumatına görə, bu il Ukrayna iqtisadiyyatı 35 faiz kiçiləcək. Bu ilin əvvəli 45 faizlik azalma proqnozlaşdırılmışdı.

“İstehsal gücünün dağılması, kənd təsərrüfatı torpaqlarına ziyan, əmək təchizatının azalması” Ukrayna iqtisadiyyatına zərbə vurub, hesabatda deyilir. Müharibənin 14 milyondan çox insanı evindən didərgin saldığı vurğulanır.

Azı 349 milyard dollar

Bankın hesablamasına görə, Ukraynada bərpa və yenidənqurmaya azı 349 milyard dollar tələb olunacaq, yəni ölkənin müharibədən öncəki iqtisadiyyatından 1.5 dəfədən də çox.

Hesabatda deyilir ki, müharibənin davam etməsi regionda yeni yaranan və inkişaf edən iqtisadiyyatların postpandemik bərpasına təsir göstərir.

“Ukraynadakı müharibə, davam edən pandemiya və ərzaq və yanacaq qiymətlərinin qalxmasının səbəb olduğu böhranlar hökumətlərin sürətlə yayılan nəhəng, gözlənilməz şokları idarə etməyə hazır olmasının vacibliyini ağrılı şəkildə yada salır”, – Dünya Bankının Avropa və Orta Asiya üzrə vitse-prezidenti Anna Bjerde deyib.

O, Ukraynaya nəhəng maliyyə dəstəyi gərəkdiyini vurğulayıb.

Rusiya

Dünya Bankı bu il Rusiya iqtisadiyyatının 4.5 faiz kiçiləcəyəni proqnozlaşdrır. İyundakı proqnoz 8.9 faiz idi. Gələn il üçünsə 3.6 faizlik azalma gözlənir.

Bank ayrıca qeydində yazır ki, Avropa İttifaqına enerji təchizatının azalması Avropa və Orta Asiya ölkələri üçün resessiyaya yol aça bilır. Rusiya təbii qazından daha çox asılı ölkələrə təsirin daha böyük olacağı gözlənilir.

Hesabatda deyilir ki, 2021-ci ilin əvvəlindən üzüyuxarı gedən neft, qaz və kömür qiymətləri Rusiyanın işğalından sonra “kəlləçarxa” qalxıb, bu isə inflyasiyanın “onillərlə regionda görünməyən səviyyəyə yüksəlməsinə” səbəb olub.

XS
SM
MD
LG