Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:51

Ekspert: 'İndeksləşdirmə pensiyaçıları yoxsullaşmadan qorumayacaq'


Pensiyaçının payına minimum istehlak səbətindən hansı məhsuldan nə qədər düşür?
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Pensiyaçının payına minimum istehlak səbətindən hansı məhsuldan nə qədər düşür? (2022)

Prezidentin bu il fevralın 8-də imzaladığı sərəncam ilə qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər...) pensiyalarının indeksləşdirilmə mexanizminə dair təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq.

"Əmək pensiyaları haqqında" Qanununa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) hazırladığı dəyişiklik layihəsinə əsasən, 2023-cü il yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilməsi mexanizmi tətbiq ediləcək. Yəni, vahid indeksləşdirmə aparılacaq.

Bəs bunda fərq nədir və artımlar hazırkı bahalaşmaya uyğun olacaqmı?

Pensiyalar nə qədər artacaq

ƏƏSMN-dən "Turan"a bildirilib ki, qanuna dəyişiklik pensiyaçıların rifahına növbəti dəstəkdir: "Xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10 faiz, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarına daxil edildikdən sonra yekun məbləğ orta aylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək. Məsələn, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alanların məbləği yeni ildən 416.7 manat (400+200/12) qəbul edilərək üzərinə indeksasiya faizi qədər artımla hesablanacaq".

Pensiyaçıların sayı necə azalıb?
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Nazirlikdən vurğulanıb ki, vahid indeksasiya mexanizmi xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarında davamlı artımı şərtləndirəcək: "Son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyası maksimum 70 faiz artıb. Ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyaları isə bu müddətdə indeksasiya nəticəsində 98 faiz artıb".

"Həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə…"

Nazirlikdən əlavə olunub ki, layihə qəbul ediləndən sonra qulluq əlavəsi alan şəxslərin pensiyası hazırkı mexanizmlə müqayisədə daha çox artacaq: "Həmçinin, indeksasiya bütün pensiya məbləğlərinə - həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə şamil ediləcək".

Nazirlikdən o da bildirilib ki, bu layihə xüsusi şərtlərlə pensiyaya çıxma şərtlərinə və təyinatına şamil edilmir.

Q.İbadoğlu
Q.İbadoğlu

"Bilin ki, bu, artım deyil"

İqtisadçılardan Qubad İbadoğlu isə bu prosesi, rəsmi təbliğatda olduğu kimi, artım kimi dəyərləndirmir: "Bu il üçün pensiyalara üç ayda bir dəfə ödənilən 50 manatı 2023-cü ildə aylara bölməklə hər ay 16 manat 66 qəpik ödəyəcəklər. Bunu artım kimi təqdim edirlər, bilin ki, bu, artım deyil. Artım yoxdur, gələn ildə də indeksləşdirmə olacaq".

İqtisadçı Rəşad Həsənov isə AzadlıqRadiosuna bildirib ki, bu gün mövcud şərtlər daxilində ümumi əmək pensiyaları indeksləşdirilir: "Xüsusi şərtlərlə pensiyaya çıxanlarda pensiya artımı ilə həmin sektorda orta aylıq əməkhaqqının artımı arasında əlaqə var. Yəni, qüvvədə olan qanunvericiliklə həmin kateqoriyaya aid şəxslər pensiyaya çıxıblarsa və işləmirlərsə, həmin o çalışdıqları sahədə iki-üç il sonra əməkhaqqı artırsa, bu artımlar nəzərə alınmaqla pensiya məbləği təkrar hesablanır. Digərlərin pensiyası isə ildə bir dəfə orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksləşdirilir".

R.Həsənov
R.Həsənov

"İndeksləşdirmənin fəlsəfəsi…"

Ekspertin sözlərinə görə, dəyişiklikdən sonra xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin də pensiyası ildə bir dəfə indeksləşdiriləcək: "Əvəzində isə həmin sektorda əməkhaqqının artmasından qaynaqlanan hesablanma dayandırılır".

O qeyd edib ki, dünya təcrübəsində daha çox indeksləşdirmə mexanizmindən istifadə olunur: "İndeksləşdirmənin fəlsəfəsi pensiyaçıların yoxsullaşma riskinin qarşısının alınmasıdır və buna görə də bu indeksləşdirmə, adətən, inflyasiya səviyyəsi ilə əlaqələndirilir. Amma bizdə belə deyil. 2017-ci ildə qanuna dəyişikliklər ediləndən sonra bu, inflyasiyaya görə deyil, orta aylıq əməkhaqqının artım tempinə uyğun aparılır".

Ermənistanda pensiyaçılar yeni artımdan narazıdır
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

"İnflyasiyanın 30 faizdən artıq olduğunu güman edirik"

R.Həsənovun sözlərinə görə, 2022-ci ildə inflyasiyanın artım tempini əks etdirən rəsmi rəqəmlərə baxsaq, bu rəqəmlərin orta aylıq əməkhaqqının artım tempindən aşağı olduğunu görərik: "Bu da o deməkdir ki, pensiyalar inflyasiyadan 1-2 faiz çox arta bilər. Rəsmi rəqəmlərə görə, inflyasiya 13 faizdir, orta əməkhaqqı isə rəsmi olaraq 14.1 faiz artdı. Amma reallıqda inflyasiyanın 30 faizdən artıq olduğunu güman edirik. Bu aspektdən məsələyə baxanda indeksləşdirmə pensiyaçıları yoxsullaşmadan qorumayacaq".

XS
SM
MD
LG