Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:41

Ukrayna Zaporojye AES-in bağlana biləcəyini deyir


Xarkovda dağılmış ərazi
Xarkovda dağılmış ərazi

Beynəlxalq Atom Enerjisi Agentliyi Avropanın ən böyük nüvə stansiyası ətrafında təcili olaraq “nüvə təhlükəsizliyi və mühafizə zonası” yaradılmasını xahiş edib

Ukraynanın Energoatom nüvə operatoru sentyabrın 7-də bildirib ki, rəsmilər Rusiyanın işğal etdiyi Zaporojye AES-i bağlamağın mümkünlüyünü nəzərdən keçirirlər. Əraziyə sülhməramlı kontingentin yerləşdirilməsi təklifi də səslənib.

Bir gün öncə BMT-nin atom agentliyi nüvə qəzasının qarşısını almaq üçün “təcili aralıq tədbirlər gərəkdiyini” vurğulayıb.

Energoatom bildirir ki, zavod Ukraynanın elektrik şəbəkəsindən ayrılmış vəziyyətdədir, bu durumun davam etməsi operatorları dizel generatorlarını işə salmağa vadar edəcək. Bu isə riskli variantdır, çünki dizel təchizatı istənilən vaxt qurtara bilər.

Rusiya isə BAEA-nın hesabatı yayılandan sonra “əlavə izahat” istəyib. Sentyabrın 7-də Vladivostokda çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib ki, BAEA-nın hesabatına “inanır”. O, Rosatom atom agentliyindən öz təhlükəsizlik təkliflərini təqdim etməsini istəyib.

Putin ukraynalıları “nüvə təhlükəsizliyinə təhdid” yaratmaqda, zavod ətrafını atəşə tutmaqda suçlayıb. Ancaq Kiyev bu ittihamı rədd edir, Rusiya qüvvələrini riskli atəş açmaqda, “nüvə terrorçuluğu”nda suçlayır.

***

Ukrayna ordusu ölkənin şimal-şərqindəki Xarkov ətrafında gedən döyüşlərdə Rusiyanın özəl muzdlu qüvvələrinin çox sayda itki verdiyini bildirib.

Silahlı Qüvvələrin Baş Qərargahı sentyabrın 7-də bəyanatında deyib ki, belə əsgərlər üzrə “əhəmiyyətli itkilər” “ağır yaralanan və ya həlak olan əsgərlərin 40%-dən çoxunu təşkil edir”.

Əməliyyatlar haralarda gedir

Ukrayna mənbələri ətraflı məlumat verməsələr də, Kiyevin ötən həftə başlatdığı əks-hücumun davam etdiyini və bəzi uğurlar əldə etdiyini bildirib.

Altı aydır davam edən Rusiya işğalında tərəflərin döyüş meydanındakı nailiyyət və uğursuzluqları ilə bağlı iddiaları dərhal təsdiqləmək mümkün olmur.

Ancaq Ukrayna ordusu bildirib ki, Rusiya tərəfi diqqətini şərqi Donetsk vilayətinin ərazisinə tam nəzarətə cəmləyir. Moskva həmçinin Xarkovu, cənubda Nikolayevi ələ keçirməyə çalışır. Zaporojye AES ətrafındakı ərazilər isə işğal altındadır.

Xerson əməliyyatı

Həmçinin Ukraynanın keçən həftə geniş miqyaslı əks-hücuma başladığı bildirilən Xersonda Rusiya qoşunlarının mövqelərini saxlamaq üçün mübarizə apardığı da bildirilib.

Kiyev bu hücumun necə getdiyinə dair susqunluq göstərir.

Baş Qərargah sentyabrın 7-də Rusiyanın silah-sursat anbarlarına, düşmən texnikasının cəmləşdiyi digər ərazilərə onlarla hava hücumunun davam etdiyini bildirib.

Moskva tərəfdarı, yüksək vəzifəli separatçı bildirib ki, Ukrayna qüvvələri Xarkov və İzyum şəhərləri arasında, Rusiyanın nəzarətində olan Balakliyaya hücum edib.

Luqansk vilayətinin kiyevpərəst qubernatoru Sergey Qayday Ukrayna televiziyasında "əks-hücumun davam etdiyini" deyib və əlavə edib ki, "bizim qüvvələrimiz bəzi uğurlar əldə edir".

Ukraynaya qarşı vuruşan Buryatiya sakini: Rusiya ordusu bərbat vəziyyətdədir
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

“Odla oynayırıq”

Ukrayna ordusu Rusiya tərəfini Zaporojye nüvə stansiyasının ətrafındakı ərazini minaatan və raket artilleriyasından atəşə tutmaqda ittiham edib.

BMT-nin nüvə nəzarəti orqanı, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) sentyabrın 7-də Zaporojyedə təhlükəsizliklə bağlı hesabat yayaraq, Avropanın ən böyük nüvə stansiyası ətrafında təcili olaraq “nüvə təhlükəsizliyi və mühafizə zonası” yaradılmasını xahiş edib.

Rusiya qüvvələri Zaporojye şəhərini işğalın ilk günlərində zəbt edib. AES-dəki altı reaktorun hamısının bağlanmasıyla nəticələnən atəşə görə tərəflər bir-birini günahlandırıb.

BAEA rəhbəri Rafael Qrossi BMT Təhlükəsizlik Şurasına deyib ki, “biz odla oynayırıq və dəhşətli bir şey baş verə bilər”.

Rusiya rəsmiləri zavodu qoruduqlarını söyləyib.

Rusiya səfiri Vasili Nebenzya daha sonra deyib ki, BAEA-nin təklifi “ciddi deyil”, çünki “ukraynalılar dərhal müdaxilə edib hər şeyi məhv edəcəklər".

BMT-nin baş katibi Antonio Quterreş 15 üzvdən ibarət Təhlükəsizlik Şurasının qarşısında çıxış edərək həm Ukraynanı, həm də Rusiyanı stansiyaya yönəlmiş hərbi əməliyyatlardan çəkinməyə çağırıb. O, Rusiyadan canlı qüvvələrini və hərbi texnikanı bu ərazidən çıxarmasını, Ukrayna qüvvələrinin isə stansiyaya girməməklə bağlı öhdəlik götürməsini istəyib.

XS
SM
MD
LG