Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:45

'Azərxalça' zərərdən çıxa bilmir


İ.Əliyev və V.Muradov "Azərxalça" ASC-nin Şəmkir filialının açılışında. 2017
İ.Əliyev və V.Muradov "Azərxalça" ASC-nin Şəmkir filialının açılışında. 2017

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabata görə, şirkətin yığılmış zərəri artaraq 17.039 milyon manata çatıb.

Qazanca gəlincə isə, ötən il "Azərxalça"nın satış gəlirləri 1.6 milyon manat (2020-ci illə müqayisədə 3 dəfə az), satışının maya dəyəri 1.2 milyon manat (3.8 dəfə az), sair gəlirləri 412 min manat (2.8 dəfə az) təşkil edib.

Bu dövrdə "Azərxalça"nın inzibati və əməliyyat xərcləri 18 faiz azalaraq 4.2 milyon manata, faiz gəlirləri isə 182 min manata bərabər olub.

"Azərxalça" rəhbərinın həbsi…

Hələ 2021-ci il yanvarın 9-da "Azərxalça"nın rəhbəri Vidadi Muradov həbs edildi, küllü miqdarda dövlətə ziyan vurmaqda ittiham edildi. Sonra V.Muradov həmin il oktyabrın 31-də səhhəti ilə əlaqədar həbsdən azad edildi, ondan da cəmi dörd gün sonra xərçəng xəstəliyindən vəfat etdi.

Şuşadan Yerevana aparılan xalçalar. Sahibi 1 milyon istəyir
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Bu ilin fevralında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti də 2020-ci ildə "Azərxalça" ASC-də bir sıra qanun pozuntularının baş verdiyi barədə məlumat yaymışdı. Bildirilmişdi ki, qurumun satın aldığı iplik xammalın qiymətinin digər müəssisələrin təklif etdiyi eyni keyfiyyətli iplik xammaldan baha olması, tikinti materiallarının qiymətlərinin bazar dəyərindən çox göstərilməsi və Yunəyirici-Boyaq Fabrikinin tikintisində iş həcmlərinin şişirdildiyi kimi hallar aşkarlanıb.

Cavab olaraq "Azərxalça"dan bildirilmişdi ki, hesabatda onlar ilə bağlı qeyd edilmiş xoşagəlməz hadisələr keçmiş rəhbərlik dövründə baş verib. Hərçənd, keçmiş rəhbərlik də ittihamlarla razi deyildi. Amma indi qurumda yeni rəhbərlikdir. Bəs onda son bir ilin zərərinin səbəbi nədir?

"Zərər azalıb"

"Azərxalça" ASC-dən "Turan"a deyilib ki, müəssisə ötən ili 3.199 milyon manat zərərlə başa vurub: "Bu, 2020-ci illə müqayisədə 2.6 faiz azdır".

Həmçinin vurğulanıb ki, 2020-ci ildə xalça satışından gəlir 5.154 milyon manat olsa da, bunun 5.085 milyon manatı koronavirus pandemiyası dövründə dövlət dəstəyi çərçivəsində Mədəniyyət Nazirliyinə satılmış xalçaların hesabına formalaşıb: "Yəni, Cəmiyyət öz imkanları hesabına faktiki olaraq 69 min manatlıq xalça satmışdı. 2021-ci ildə isə bu rəqəm 23.3 dəfə çox olub. Buna isə korporativ idarəetmə sisteminin tətbiq edilməsi, maliyyə resurslarının istifadəsində səmərəliliyin artması, geniş tələbata malik yeni müasir dizaynlı xalçaların istehsal edilməsi… imkan verib".

N.Əliyev
N.Əliyev

"Arada olan fərq mənimsənilir"

İqtisadçı Nemət Əliyevin isə AzadlıqRadiosuna deməsinə görə, Azərbaycanda dövlət şirkətlərinin az qala hamısı zərərlə işləyir. O, dövlət şirkətlərində itkilərə səbəb olan xərclərin artmasını ənənəvi hal adlandırıb: "Xərclərin maya dəyərinin artırılması tendensiya halını alıb. Bu xərclər, əsasən, satınalmalarda artırılır. Əgər bəzi şirkətlərin rəsmi sənədlərdə qeydə aldıqları satınalmaların qiymətləri ilə real bazar qiymətlərini müqayisə etsəniz, arada çox böyük fərqin olması üzə çıxacaq. Həmin arada olan fərq mənimsənilir".

Onun sözlərinə görə, xərclər gəlirləri üstələyəndə ümumi mənfəət qalmır.

İqtisadçı xərclərin artmasında obyektiv səbəblərin olmasını da istisna etməyib: "Hökumət, bir qayda olaraq, kommunal xidmətlərin, benzinin qiymətlərini davamlı olaraq artırır. Bu isə istehsal xərclərinin artmasına təsir göstərir".

XS
SM
MD
LG