Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:43

Azərbaycan Qriqoryan-Hacıyev görüşünü ləğv edib – Paşinyan


Nikol Paşinyan
Nikol Paşinyan

Azərbaycan tərəfi Brüsseldə iyunun 27-nə təyin olunan Qriqoryan-Hacıyev görüşünü ləğv edib. Bu iddianı Ermənistan Baş naziri Nikol Paşinyan səsləndirib. O, iyunun 27-də keçirdiyi mətbuat konfransında habelə xatırladıb ki, bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyevin görüşləri olub: "Azərbaycandan çox qəribə bəyanatlar səslənir, göstərməyə çalışırlar ki, Ermənistan sülh sazişi üzrə danışıqları və sonrakı prosesi uzadır. Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) bu açıqlamalarından sonra Azərbaycan XİN-ə nazirlərin görüşünün keçirilməsi barədə təklif göndərilib. Əvvəlki müzakirələr nəticəsində qərara alınmışdı ki, Ermənistan və Azərbaycan rəsmiləri bir-birləri ilə əlaqədə olmalıdırlar. Amma artıq minimum bir dəfə Azərbaycan işi boykot edib, razılaşmalara rəğmən iştirak etməyib və XİN-in bir gün əvvəl etdiyi təklifə biz cavab almamışıq"

İki ölkə arasında sülh sazişinə gəlincə, N.Paşinyan deyib ki, masa üzərində dərc olunan sənəddən savayı başqası yoxdur.

Azərbaycan XİN-in Ermənistan baş nazirinə cavabı

Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) də Ermənistan Baş naziri N.Paşinyanın iyunun 27-də mətbuat konfransında səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib.

"Əgər post münaqişə mərhələsində indiyədək beynəlxalq vasitəçilərin iştirakı ilə də təklif edilən və Ermənistan tərəfindən müxtəlif bəhanələrlə pozulan, habelə keçirilməsinə bir-iki saat qalmış təxribatlarla təxirə salınan görüşləri sadalamağa başlasaq, siyahı çox uzun olar", - açıqlamada vurğulanır.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Ötən il də tərəflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar.

Ötən ilin sonundan isə Azərbaycan və Ermənistan arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının vasitəçiliyi ilə aparılır.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

XS
SM
MD
LG