Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:29

Ukrayna müharibəsində 32 jurnalist həlak olub


Vera Giriç
Vera Giriç

Rusiyanın Ukraynaya səbəbsiz və əsassız müdaxiləsi başlanandan bəri bu ölkədə 32 jurnalist həlak olub

Rusiyanın Ukraynaya səbəbsiz və əsassız müdaxiləsi başlanandan bəri bu ölkədə 32 jurnalist həlak olub.

Bu barədə məlumatı iyunun 6-da Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko verib.

İyunun 6-da Ukraynada Jurnalist Günü qeyd olunur.

Nazir öz teleqram kanalında yazıb ki, bugün müharibə şəraitində işləyən jurnalistlər “informasiya cəbhəsinin ön xətti”ndədirlər:

"Genişmiqyaslı müharibənin 4 ayı ərzində biz 32 jurnalist itirimişik. Son səkkiz ildə bu rəqəm daha böyük olub. Siz qəhrəmansınız. Sizin rolunuz, igidliyiniz, öz işinizə sədaqətiniz qiymətsizdir”.

Mayın 30-da Severodonetsk yaxınlığında Fransanın BFMTV media şirkətinin jurnalisti Frederik Lekler-İmhof həlak olub.

O dinc sakinlərin Luqanks vilayətindən təxliyəsinə dair reportaj hazırlayırdı və bu zaman onun da içərisində olduğu evakuasiya avtobusu atəş altına düşüb.

Ukraynada döyüşən legionerlər
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Hərbi cinayət

Aprelin 29-da Kiyevin raket atəşinə tutulması nəticəsində AzadlıqRadiosu Ukrayna xidmətinin əməkdaşı Vera Giriç həlak olub.

Aprelin 23-də isə Kiyevdə The İnsider saytının tapşırığını yerinə yetirən Rusiya jurnalisti Oksana Baulina həlak olub.

Martın 13-də Kiyev yaxınlığındakı Mejiqorskaya kəndində fotomüxbir Maks Levin itkin düşüb.

Onun meyiti yalnız aprelin əvvəllərində aşkar olunub.

Müharibə başlanandan Ukraynada çox sayda jurnalist saxlanıb, onlara qarşı zorakılıq tətbiq olunub.

2016-cı ildə “Mariupolis” filmini çəkmiş Litva sənədli film jurnalisti Mantas Kvedaroviçyus aprelin 2-də Mariupoldan çıxmağa cəhd edərkən həlak olub.

O Mariupol şəhəri haqqında daha bir film çəkməyi planlaşdırırdı. Juurnalistin necə həlak olması məlum deyil. Bəzi versiyalara görə onu Rusiya hərbçiləri güllələyiblər.

Jurnalistlərin hüquqlarını müdafiə edən Sərhədsiz reportyorlar təşkilatı artıq jurnalistlərin həlak olması ilə bağlı Beynəlxalq Məhkəməyə hərbi cinayətlər üzrə bir neçə şikayətlə müraciət edib.

XS
SM
MD
LG