Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:41

Keçmiş nazir həbsdən buraxılıb


Aleksey Ulyukayev (ortada) məhkəmədə, 2018-ci il
Aleksey Ulyukayev (ortada) məhkəmədə, 2018-ci il

Ulyukayev mayın 12-də 1 saylı cəzaçəkmə müəssisəsindən çıxaraq Range Rover avtomobilinə minib, onu lisenziya nömrəsi olmayan iki maşın müşayiət edib

Rüşvətxorluğa görə 2017-ci ildə səkkiz il həbs cəzasına məhkum edilmiş Rusiyanın keçmiş iqtisadiyyat naziri Aleksey Ulyukayev həbsdən buraxılıb. Prokurorluq ötən ay məhkəmənin onun vaxtından əvvəl azadlığa buraxılması haqda qərarından şikayət verməyib.

Ulyukayev mayın 12-də 1 saylı cəzaçəkmə müəssisəsindən çıxaraq Range Rover avtomobilinə minib, onu lisenziya nömrəsi olmayan iki maşın müşayiət edib.

Moskvadakı Tver rayon məhkəməsi aprelin 27-də Ulyukayevin vaxtından əvvəl azadlığa buraxılmaqla bağlı müraciətini təmin edib, qərarın mayın 12-dən qüvvəyə minəcəyi bildirilib.

Məhkəmə 2017-ci ilin dekabrında Ulyukayevi “böyük məbləğdə rüşvət” almaqda təqsirli bilərək sərt rejimli həbsxanada səkkiz il həbs cəzasına məhkum edib. O, 130 milyon rubl (1.8 milyon dollar) cərimə ödəməliydi.

2 milyon dollara...

Ulyukayev 2016-cı ilin noyabrında gecəyarı həbs olunandan sonra Prezident Vladimir Putinin sərəncamıyla vəzifəsindən azad edilib. O, 1991-ci ildə Sovet İttifaqı dağılandan həbs olunan ən yüksək rütbəli məmur idi.

İttihamnaməyə görə, Ulyukayev Rosneft dövlət neft şirkətinin rəhbəri İqor Seçindən 2 milyon dollar nağd pul alaraq, bunun qarşılığında Başneft neft şirkətinin Rosneft-ə satışını təsdiqləyib. Ulyukayev Rosneft-in qərargahında Seçindən qıfıllı çantada nağd pulu alandan sonra saxlanıb. Keçmiş nazir isə deyirdi ki, çamadanda hədiyyə olduğunu düşünüb.

Seçin Putinin yaxın müttəfiqidir, Kremldə uzun müddət rəhbər vəzifədə olub, sərt xətt tərəfdarı hesab olunur. 66 yaşlı Ulyukayev isə Rusiya hakim elitasında liberal düşərgə üzvü sayılır.

XS
SM
MD
LG