Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:53

Rusiya ərazisini 'sataraq' Ukrayna üçün pul yığırlar


Virtual satış layihəsi
Virtual satış layihəsi

Rusiyanın işğalı başlayandan Ukraynaya onmilyonlarla dollarlıq kriptovalyuta ianələri olunub

Rusiyanın Ukraynanı işğal etməsi artıq iki aya yaxınlaşır. Bu arada Ukraynanın müttəfiqləri də ərazi ovuna çıxaraq mənfəət əldə etməyə çalışırlar. Söhbət rəqəmsal mənfəətdən gedir.

Tbilisidə yerləşən rəqəmsal agentlik Rusiya ərazisini NFT tokenləri qarşılığında “tikə-tikə sataraq” Ukraynanın müharibədən sonra “yenidən qurulmasına” vəsait yığır.

Non-Fungible Tokens (NFT) "dəyişdirilə bilməyən nişan" mənasını verir. NFT incəsənət, musiqi, oyundaxili əşyalar və videolar kimi real dünya obyektlərini təmsil edən rəqəmsal aktivdir.

Rusiyanın parçalanmasında iştirak

“Bunda nəhəng potensial gördük – adamların əksəriyyəti Rusiyanın parçalanmasında iştirak etmək istəyir”, – Leavingstone agentliyinin həmtəsisçisi Levan Lefsveridze AzadlıqRadiosu-nun Gürcüstan xidmətinə deyib.

Bunun Rusiya Prezidenti Vladimir Putini trollamaq cəhdi olduğu aydındır, çünki Putin rejimi ölkənin ərazi bütövlüyünü pozmaq çağırışlarına görə həbs cəzası nəzərdə tutur.

Hazırda bütün dünyada Ukrayna qurumlarına, müdafiəçilərinə, münaqişə zonasında qalanlara kömək üçün rəqəmsal ianələr yığılır. Münaqişə nəticəsində milyonlarla ukraynalı evindən didərgin düşüb.

Putin fevralda Ukraynanın heç vaxt “real dövlət” olmadığına iddia edib, bir neçə gün sonra ölkəyə hücuma başlayıb.

Rusiya Azərbaycan-Ermənistan komissiyasında - proses hara gedir?
Gözlə

No media source currently available

0:00 0:04:41 0:00

Üç mərhələ

“Rusiya satılır” layihəsinin üç mərhələsindən birincisi Rusiyanın 2443 regionunun hərraca çıxarılmasından ibarətdir. Kartların üstündə ad, sahə, “gerb” əks olunur. Potensial alıcılar interaktiv xəritədən özlərinə torpaq seçirlər.

İndiyədək 23 vilayətin satışından 18 min 704 dollarlıq Ethereum əldə olunub.

Leavingstone bildirir ki, rəqəmsal vəsait Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinə köçürüləcək. İşğal başlayandan bu nazirlik kibermüharibə aparır, dezinformasiyanın qarşısını alır, Rusiyaya qarşı könüllü IT cəlb edir.

Ukraynada girov götürülmüş tələbə Bakıya qayıtdı
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Layihənin ikinci mərhələsində Rusiyanın böyük arxitekturası, o cümlədən Kreml, dəbdəbəli “Putin sarayı” satışa çıxarılacaq. Qara dəniz sahilində yerləşən sarayın 1 milyard dollara başa gəldiyi bildirilir.

Sonucu mərhələdə isə “qırmızı inqilabın babasının müqəvvası”, yəni, “Leninin özü” satılacaq.

Lefsveridze layihənin 10-15 tərəfindən bir aya hazırlandığını deyir. “Rusiyanın imperialist təcavüzünə cavab olaraq Rusiya ərazilərini yaxşı niyyətlə satmaq qərarı verdik. Putin başqa ölkələrin ərazilərini qamarlamaqda ad çıxarıb. Qoy öz dərmanının dadına baxsın”, – layihənin vebsaytında yazılıb.

Digər layihələr

Rusiyanın işğalı başlayandan Ukraynaya onmilyonlarla dollarlıq kriptovalyuta ianələri olunub.

Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi özü də martda NFT ilə satış layihəsi başladıb. “Müharibənin meta tarix muzeyi” adlı layihə çərçivəsində tanınmış ukraynalılar, qurumlar, yaxud beynəlxalq media tərəfindən tvitlərdə, sosial media postlarında əks olunmuş anlar satışa çıxarılır.

Bu nazirlik “Noosphere” adlı QHT-nin “#ArtForLife” layihəsi ilə də əməkdaşlıq edir. Layihənin məqsədi Ukraynanın müdafiəsi üçün 500 min dollar yığmaqdır.

Rusiya 2008-ci ildə Gürcüstanla beş günlük intensiv müharibədən sonra Abxaziya və Cənubi Osetiya separatçı regionlarına nəzarəti ələ alıb.

2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edən Rusiya bu ölkənin şərqində separatçıları dəstəkləməyə başlayıb.

XS
SM
MD
LG