Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:48

Paşinyan: Müharibə Şuşa uğrunda gedirdi


Nikol Paşinyan parlamentdə
Nikol Paşinyan parlamentdə

Paşinyan deyib ki, Şuşasız müharibəni dayandırmaq, yaxud qarşısını almaq mümkün deyildi.

Şuşa məsələsi 1996-cı ildən danışıqlar masasında idi, bu məsələ həll olunmayınca heç bir nizamlanmadan söhbət gedə bilməzdi. Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 14-də parlamentdə çıxışında müharibənin Şuşa uğrunda getdiyini deyib.

“(Keçmiş prezident Serj)Sarqsyan Şuşanı verəcəkdimi? Verməyəcəkdi. Müharibə başlasaydı, o təkcə Şuşanı deyil, Qarabağın bir hissəsini də verəcəkdimi? Laçın dəhlizinin eni barədə heç bir danışıq sənədində heç nə yox idi, bu sonra müzakirə olunacaqdı. Sonra bu mərhələli varianta daha bir mərhələ əlavə olundu: Dağlıq Qarabağın statusu, yaxud indiki status Təhlükəsizlik Şurasının iclasında həll olunacaqdı”, – baş nazir vurğulayıb.

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağın niyə vacib olduğunu izah edir
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

“Onu hissə-hissə verəcəyik”

Paşinyan parlamentin dünənki iclasında deyib ki, beynəlxalq ictimaiyyət onların Dağlıq Qarabağın statusu məsələsində gözləntini bir qədər aşağı salmağını deyir. Baş nazir həmçinin qeyd edib ki, Dağlıq Qarabağa bitişik 7 rayonu versəydi, minlərlə həyatı xilas edərdi, amma “vermədiyinə görə, faktiki olaraq, minlərlə həyatın itirilməsinə səbəb olan qərarların müəllifinə çevrildi”.

Hakimiyyətin müharibəni niyə önləməməsi, yaxud dayandırmaması haqda tənqidlərə cavab olaraq Paşinyan deyib ki, Şuşasız müharibəni dayandırmaq, yaxud qarşısını almaq mümkün deyildi.

“Bizim həlak olan uşaqlarımız da Qarabağı təslim etməmək uğrunda savaşdılar. Mən də Qarabağı təslim etməmək haqda danışıram, çünki başqa yolla getsək, Qarabağı təslim edəcəyik. Parux (Fərrux) ətrafında baş verənlər sizə nümunədir, onu hissə-hissə verəcəyik. Bir-birimizi aldatmağımız yetər”, – Paşinyan deyib.

“Qurbanlıq quzu vəziyyətindən çıxmaq...”

Baş nazir onu da qeyd edib ki, əgər onlar Sarqsyanın danışıqlar məntiqi ilə davam etsəydilər, Qarabağı təslim edəcəkdilər.

“Çünki hətta referendum keçirilsəydi belə, tərəflər arasında razılaşdırılmış müddətdə keçirilməliydi. Azərbaycan isə deyirdi ki, ‘yaxın 50 ildə heç bir referendum ola bilməz, qoy azərbaycanlılar Qarabağa qayıtsınlar, orada 50-100 il yaşasınlar, yaşayış məntəqələri məskunlaşsın, 50-100 ildən sonra baxarıq nə baş verəcək, başqa heç bir şərtə razı deyilik’”, – deyən Paşinyan Ermənistanla Dağlıq Qarabağın daha öncəki danışıqlar prosesində siyasi və diplomatik məkandan məhrum olduğunu vurğulayıb.

“Biz xalqımızın qurbanlıq quzu vəziyyətindən çıxmasına yol açırıq. Dünənki çıxışla biz Ermənistan Respublikası və Artsaxın (Qarabağ) dövlətçiliyini saxlamasına yol açırıq. Ermənistan suveren dövlətdir və biz ona nəyəsə qərar vermək hüququnu qaytarmalıyıq...”, – Paşinyan deyib.

Onun sözlərinə görə, bəzi adamlar qarabağlıların Qarabağdan çıxmasını arzulayırlar. “Xeyr, qarabağlılar Qarabağdan çıxmamalıdır. Qarabağlılar Qarabağda yaşamalıdır, onların Qarabağda hüququ, azadlığı və statusu olmalıdır... Biz bu haqda danışırıq”, – o söyləyib.

Avropa Birliyi Qarabağ üçün nələr edə bilər?
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Xatırlatma

Azərbaycan 2020-ci ildə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il martın sonunda Əsgəran rayonunun Fərrux kəndinin Azərbaycanın nəzarətinə keçməsilə bağlı xəbərlər yayılıb. Azərbaycan mövqelərini möhkəmləndirdiyini bildirib. Sonradan həm erməni tərəf, həm də Rusiya hərbçiləri Azərbaycan qüvvələrinin ərazidən çıxarıldığını bildirsə də, Azərbaycan Müdafiə Nazirliyi mövqelərində dəyişiklik olmadığını bəyan edib.

XS
SM
MD
LG