Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:24

Avropada Rusiya neftinə embarqo məsələsində fikir ayrılığı var


Brüsseldə Rusiya neft və qazına qadağan tələb edən etirazçı
Brüsseldə Rusiya neft və qazına qadağan tələb edən etirazçı

İttifaq istehlak etdiyi neftin 40 faizini hələ də Rusiyadan alır

Avropa İttifaqının liderləri martın 21-də keçirdikləri müşavirədə Rusiya neftinə embarqo qoyulması məsələsində ortaq məxrəcə gələ bilməyiblər.

Almaniya və İtaliya Rusiya neftindən son dərəcə asılı olduqlarını bildiriblər.

Avropa İttifaqı ölkələri indiyədək Rusiya üzərinə mərkəzi bankın aktivlərinin dondurulması da daxil son dərəcə ağır sanksiyalar elan ediblər.

Avropa liderlərinin müşavirəsi ərəfəsində Aİ-nin xarici işlər komissarı Josep Borrell Ukraynada Mariupol şəhərinin Rusiya qoşunları tərəfindən mühasirəsini və bombardmanını “hərbi cinayət” adlandırmışdı.

Reuters yazır ki, bununla belə Aİ üzvləri ABŞ və Britaniya kimi Rusiya neftinə tam qadağan qoyulması barədə razılığa gələ bilməyiblər.

İttifaq istehlak etdiyi neftin 40 faizini hələ də Rusiyadan alır.

Baltik ölkələri narazı qalıb

Lakin bir sıra Aİ ölkələri Rusiya neftinə embarqo qoyulmasına dair məsələdə razılaşma əldə olunmamasını əsəbi qarşılayıblar.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Twitter-də yazıb:

"Avropa niyə Putinə neft və qazdan pul qazanması üçün daha çox vaxt verməlidir? Avropa limanlarından istifadə üçün ona niyə vaxt verilməlidir? Nə üçün Avropada sanksiyasız Rusiya bankları qalmalıdır? Bunu qurtarmağın vaxtıdır”.

Lakin Borrell bildirib ki, Avropa İttifaqı Rusiyanın təcrid olunmasını davam etdirir, amma daha konkret addımlar az sonra atılacaq.

Bir Aİ diplomatı bildirib ki, ittifaq iyun ayınadək alternativ enerji mənbələri tapa biləcək və bu vaxt neft embarqosunu da qoymaq olar.

Lakin Avropa İttifaqı üzvləri bu tarix barədə də fərqli mövqedədirlər.

Avropa rəsmiləri Mariupolda faciəvi vəziyyət yarandığını deyirlər
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Başqa sanksiyalar müzakirə edilir

Almaniya və Niderland bildiriblər ki, indiki vəziyyətdə Rusiya neftinin idxalını dayandıra bilməzlər.

Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib:

"Almaniya Rusiyadan böyük həcmdə neft alır. Lakin Rusiya neftinin idxalını dərhal dayandıra bilməyən başqa ölkələr də var”.

Nazir deyib ki, Aİ bunun əvəzində Moskvadan enerji asılılığını azaltmaq üzərində işləməlidir.

Buna baxmayaraq Aİ Rusiyaya qarşı başqa sanksiyaları götür-qoy edib.

Bunlardan biri də Rusiya oliqarxlarının sanksiyalardan yayınmaq üçün istifadə etdikləri fondların bağlanması və sanksiya siyahısının uzadılmasıdır.

Rusiya gəmilərinin Avropa limanlarına daxil olmasının qadağanı da müzakirə mövzusudur.

Aİ neft embarqosuna məcbur ola bilər

Reuters yazır ki, bütün bunlar bir daha martın 24-də ABŞ prezidenti Co Bayden Brüsselə gələndə müzakirə olunacaq.

Bayden bu səfər zamanı NATO-nun 30 üzv ölkəsi, Avropa İttifaqı və G7 qrupu ilə danışıqlar aparacaq.

Bəzi diplomatlar bildirirlər ki, Rusiyanın Ukraynada kimyəvi silahdan istifadəsi və ya Kiyevi daha ağır bombardman etməsi Avropa İttifaqını Rusiyaya qarşı enerji embarqosuna məcbur edə bilər.

Hazırda Baltik ölkələri Rusiya neftinə embarqo qoyulmasını istəyirlər. Almaniya və İtaliya isə Rusiya neftindən asılıdırlar.

Almaniya, Polşa və Danimarka üçünsə Rusiya kömürünə qadağan qəbuledilməzdir.

XS
SM
MD
LG