Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:36

'Fitch' Rusiyanın suveren defoltunun qaçılmaz olduğunu deyir


Moskvada bank
Moskvada bank

Rusiya Bankı qaydaları müvəqqəti adlandırır, martın 9-dan sentyabrın 9-dək qüvvədə olacağı bildirilir.

"Fitch" beynəlxalq reytinq agentliyi Rusiyanın xarici valyutada emitentinin uzunmüddətli reytinqini "B"dən "C"yə salıb. Reytinqin salınması suveren defoltun qaçılmazlığı deməkdir.

Martın 2-də agentlik Rusiyanın xarici valyutada reytinqini salmışdı. Amma Ukrayna ətrafında vəziyyət, Qərbin sanksiyaları Rusiyanın dövlət borcunu ödəmək imkanını daha çox zərbə altında qoyur. "Prezident Vladimir Putinin "qeyri-dost" ölkələr siyahısındakı kreditorlara rublla ödəniş etmək haqda sərəncamı da bunu göstərir", - "Fitch" bildirir.

Agentlik hesab edir ki, Ukraynaya hücuma görə Moskvaya tətbiq olunmuş sərt sanksiyalar Rusiyanın maliyyə sabitliyinə təhdid yaradır və onu dövlət borcunu ödəmək imkanından məhrum edə bilər.

Rusiyada bankların vətəndaşlara nağd valyuta satması yasaqlanır

Rusiyanın mərkəzi bankı nağd valyuta ilə bağlı yeni qaydalar açıqlayıb. Bankların vətəndaşlara nağd valyuta satması qadağan edilir, valyuta hesablarından 10 min dollardan artıq çıxarmağa icazə verilmir. Qalan vəsaiti rublun gündəlik kursuna əsasən götürmək olar. Bu qaydalar Rusiyanın Ukraynaya hücumuna görə qərbin sanksiyaları fonunda qüvvəyə minir.

Rusiya Bankı qaydaları müvəqqəti adlandırır, martın 9-dan sentyabrın 9-dək qüvvədə olacağı bildirilir.

Valyutanı rubla dəyişmək mümkün olacaq

Mərkəzi bank bildirir ki, müştərilərin valyuta hesablarındakı vəsaitlər qorunur, amma onlara çıxış üçün 10 min dollarlıq məhdudiyyət qoyulub. Müştərinin əmanəti başqa valyutadadırsa, ona yenə də dollarla ödəniş ediləcək.

“Müvəqqəti rejimin qüvvədə olduğu müddətdə vətəndaşlara nağd valyuta satılmayacaq”, – məlumatda deyilir.

İstənilən məbləğdə nağd valyutanı rubla dəyişmək mümkün olacaq.

Dünən – martın 8-də ABŞ Rusiyaya yeni sanksiyalar açıqlayıb, neft idxalını qadağan edib. Elə həmin gün bir sıra böyük korporasiyalar Rusiyada fəaliyyəti dayandırdıqlarını açıqlayıblar.

XS
SM
MD
LG