Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:42

HRW: Hökumət fərqli düşünənləri hədəfə alır


Bakıda etiraz aksiyası, 15 dekabr, 2021-ci il
Bakıda etiraz aksiyası, 15 dekabr, 2021-ci il

Hesabatda  Azərbaycanda gender zorakılığının yayıldığı, amma bu problemin yetərincə işıqlandırılmadığı da qeyd edilir

“Ötən ilin martında Prezident İlham Əliyev əfv fərmanıyla 40-a yaxın siyasi motivli ittihamlarla həbs olunmuş müxalifət fəalını, dindarı, jurnalisti, insan haqları fəalını azadlığa buraxdı. Ancaq onlarla insan hələ də qanunsuz olaraq həbs cəzası çəkir, hökumət tənqidçiləri, fərqli düşünənləri hədəfə alır”. Bunu “Human Rights Watch” insan haqları təşkilatı yanvarın 13-də açıqladığı illik hesabatında deyir.

Qurum qeyd edir ki, 2020-ci ilin müharibəsi başlanandan sonra hökumətlə siyasi müxalifət arasında gərginlik səngidi. Amma hökumət fərqli düşünənlərə düşmən münasibətini dəyişdirməyib. Məhdudlaşdırıcı qanunlar qeyri-hökumət təşkilatlarının müstəqil fəaliyyətini önləyir. İlboyu işgəncə və pis rəftarla bağlı məlumatlar gəlib.

Hakimiyyət təmsilçiləri isə indiyədək oxşar tənqidləri rədd edib, beynəlxalq qurumların mövqeyini qərəzli adlandırıb.

Qarabağ münaqişəsi

2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

“Human Rights Watch” Dağlıq Qarabağda etnik ermənilərin nəzarətində olan ərazilərdə yaşayanların cəbhə xətti yaxınlığında xəsarət alma, əsir götürülmə riskiylə üzləşdiyini qeyd edir. “Dağlıq Qarabağın uzunmüddətli statusu daxil bu və digər məsələlər gərginliyi saxlayır və daha böyük beynəlxalq iştirakın vacibliyini göstərir”, – hesabatda deyilir.

Azərbaycan Prezidenti İlham Əliyev müharibə bitəndən sonra çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını dəfələrlə vurğulayıb.

Qurum Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun böyük miqyasda minalarla çirkləndiyini, nə Azərbaycanın, nə də Ermənistanın piyadalar əleyhinə minaları qadağan edən sazişə qoşulduğunu qeyd edir.

Təhlükəsiz məktəblər, minalar

Hesabatda o da deyilir ki, münaqişə vaxtı məktəblərə ciddi ziyan dəyməsinə baxmayaraq, Azərbaycan hələ də Təhlükəsiz Məktəblər Deklarasiyasını ratifikasiya etməyib. 112 ölkənin imzaladığı bu beynəlxalq sazişin məqsədi münaqişə vaxtı təhsili qorumaqdır.

“Human Rights Watch” münaqişə vaxtı Azərbaycan qüvvələrinin erməni hərbi əsirləri pis rəftara, alçalmaya məruz qoyduğunu bildirir. Azərbaycanın rəsmi orqanları isə bu halların araşdırıldığını, bu cür hallara yol vermiş hərbçilərlə bağlı cinayət işi açıldığını bildirib.

Hesabatda ölkədə siyasi müxalifətin üzləşdiyi təqiblərdən söz açılır. AXCP fəallarından Niyaməddin Əhmədov, Səid Bakuvi, digərlərinə qarşı saxta ittihamlar irəli sürüldüyü, bəzi fəalların sonradan şərti cəzayla azadlığa buraxıldığı qeyd olunur.

Hakimiyyət təmsilçiləri isə ölkədə siyasi əqidəsinə görə heç kəsin təzyiq görmədiyini, vətəndaşların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

Saleh Rüstəmlini azadlığa buraxmadılar
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Məişət zorakılığı

Hesabatda Azərbaycanda gender zorakılığının yayıldığı, amma bu problemin yetərincə işıqlandırılmadığı da qeyd edilir. Rəsmilərin qurbanların qorunmasına yönəlik fəaliyyətində ciddi boşluqlar olduğu vurğulanır.

“Covid-19-la bağlı məhdudiyyətlər məişət zorakılığının artmasına səbəb olub, sığınacaq rəhbərləri sığınacaq axtaran qadınların sayının çoxaldığını deyirlər”, – hesabatda deyilir.

Hökumət ölkədə məişət zorakılığı ilə mübarizə apardığını deyir. Hakimiyyətin kursunu dəstəkləyən deputatlar isə qadınlara qarşı zorakılığın tendensiya xarakterli olmadığını düşünürlər.

Dünyada demokratik vəziyyət

Digər ölkələrə gəlincə, “Human Rights Watch” bildirir ki, dünyanın demokratik liderləri avtokratlara qarşı güc toplamaq üçün qlobal problemlərin həllinə “daha yaxşı çalışmalıdırlar”.

Qurum ötən il avtokrat liderlərin mövqeyinin əhəmiyyətli gerilədiyini bildirir. Amma demokratiya o halda çiçəklənər ki, demokratik liderlər demokratiyanın hədəfinə çatdığını adamlara göstərə bilsinlər.

“Bu günün demokratik liderləri dünyadakı çağırışları qəbul etmirlər”, – qurumun baş icraçı direktoru Kennet Ros hesabata giriş sözündə yazır.

Hesabatda qeyd olunur ki, avtoritar tendensiyalı liderlər çox vaxt hökumət vəsaitini ictimai ehtiyaclara deyil, özlərinə xidmət edən layihələrə sərf edirlər.

Məsələn, Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının subsidiyalarını futbol stadionlarına xərcləyib.

Rusiya isə xarici agent qanunvericiliyindən tənqidi səsləri susdurmaq üçün istifadə edir.

XS
SM
MD
LG