Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:54

Niyə Avropa yenidən pandemiyanın episentrindədir?


Kiyev, Koronavirusa yoluxmuş xəstələrin müalicə olunduğu xəstəxana, 4 noyabr 2021
Kiyev, Koronavirusa yoluxmuş xəstələrin müalicə olunduğu xəstəxana, 4 noyabr 2021

Dünya Səhiyyə Təşkilatının Avropa Bürosunun rəhbəri Hans Klugenin sözlərinə görə, yaxın üç ay ərzində regionda daha yarım milyon insan ölə bilər.

ABŞ-ın Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ancha Baranova "Nastoyashcheye Vremya" ya müsahibəsində peyvənd olunmuş insanların sayını nəzərə alaraq bunun niyə yenidən baş verdiyini izah edir.

Professorun sözlərinə görə, bu bir tərəfdən mövsümlə bağlı gələn dalğa, digər tərəfdən insanların yorğunluğu ilə bağlıdır.

"Bəli, Avropada insanların çoxu peyvənd olunur, bu, əladır, amma statistikadan da görürsən ki, hələ də peyvənd olunmayanlar kifayət qədər çoxdur. Və hər şeydən əvvəl, virus məhz bu mövcud hədəfləri keçə bilir. Üstəlik, peyvənd edilmiş insanlar arasında, təəssüf ki, yaşa uyğun olaraq, bir insanın bəzi xroniki xəstəlikləri ilə mütənasib olaraq hamımız eyni dərəcədə yaxşı toxunulmazlığa malik deyilik. Müdafiəmiz daha zəifdir və buna görə də bu insanlar hələ də virusa tutulurlar".

Ancha Baranova
Ancha Baranova

Mütəxəsis peyvənd olunmuş insanların da özləri bilmədən virus daşıyıcıları olmasının da infeksiyanın statistikasına az təsir etmədiyi fikiri ilə razılaşır. Professor Ancha Baranova deyir ki, peyvənd edilmiş insanların infeksiyanı yayma pəncərəsi birbaşa təbii xəstə olan insanlardan daha qısadır, lakin yenə də infeksiyanı başqasına apara biləcəkləri bir pəncərədir.

"Və əgər bu insanlar peyvəndi yaşıl keçid kimi qəbul edirlərsə, diskotekaya gedib hər yerdə ünsiyyət qura bilirlərsə, təəssüf ki, bu, xəstəliyin daha çox insana keçməsinə səbəb olur. Bu davranış faktorudur".

Virusa yoluxma ilə bağlı Avropadakı vəziyyətlə bağlı suala gəlincə, Ancha Baranova Avropadan gələn məlumatların yaxşı olduğunu deyir. O hesab edir ki, bu, vaksinin xəstəliyin ağır mərhələlərinin öhdəsindən uğurla gəldiyini göstərir.

"Yoluxmanın qarşısını tam alacaq müdafiəmiz yoxdur. Amma heç olmasa, insan xəstəxanaya getmir, oksigen almır, reanimasiyaya getmir, tez-tez pisləşmələrə gəlincə, bu sadəcə ona görədir ki, əlavə infeksiyalar qoşulur və xəstəliyin bu mərhələlərində müalicə özü çox çətin olur. İndi daha az insan bu müalicəni məhz peyvəndi aldıqları üçün keçirir, bu əladır".

Ancha Baranova ötənilki infeksiya dalğasının bu ilki infeksiya dalğası arasındakı fərqlərə də toxunur. Onun sözlərinə görə, əgər ötən il qarışıq infeksiyalar var idisə, builki dalğa "delta"dır:

"Əvvəlcə Çindən gələn orijinal virus var idi, sonra bəzi variantlar ona təxminən bərabər nisbətdə qoşulmağa başladı. İndi bu, praktiki olaraq təmiz "delta", bir az tamamilə fərqli qarışıq variantlardan ibarətdir. "Delta" daha çox yoluxuculuğa malikdir, patogenezi mahiyyət etibarı ilə fərqlənmir, sadəcə olaraq, orta hesabla bir insanın hüceyrə başına daha çox sayda viral hissəciklər ehtiva etdiyinə görə, nisbətən desək, insan daha ağır əziyyət çəkir, sadəcə onun metabolizmi daha sürətli olduğu üçün tükənir."

Çox və az peyvənd olunan bölgələrdəki vəziyyəti şərh edən professor buna misal da çəkir:

"Nümunə göstərə bilərəm. Məsələn, mən Şimali Virciniyadayam, bura Vaşinqtonun yaxınlığıdır, bura sənayeləşmiş bölgədir. Bizdə çox böyük faizdə peyvəndlənmə var, demək olar ki, burda hər yerdə tamamilə normal həyat yerindədir. Qonşu ştat olan Qərbi Virciniyaya maşınla getsəniz - bu, cəmi bir saat yarım yoldur, yəni çox yaxındır. Orda əhalinin 6-10 faizi peyvənd olunub və orada insanlarda yoluxma sayı nisbətən yüksəkdir. Orta hesabla belə çıxır ki, ABŞ-da pik yoxdur - indi bizdə pik azalıb. Yəni, ölkə miqyasında yerli zirvələr hamarlanır".-deyə ABŞ-ın Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ancha Baranova deyib.

XS
SM
MD
LG