Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:50

Ərdoğan üçün ‘ölmüş’ yazdılar…


Receb Tayyib Ərdoğan
Receb Tayyib Ərdoğan

Noyabrın 3-də Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətinin 19 illiyinə həsr olunmuş mərasimə qatılmayıb

Türkiyə hakimiyyəti Prezident Receb Tayyib Ərdoğanın öldüyünü iddia edən tvitlərlə bağlı 30 nəfərə qarşı təhqiqata başlayıb. “Ölmüş” həştəqi Türkiyə Twitter-ində qısa müddətə trendə çevrilib.

Çətinliklə gəzməsinin ardınca...

“Deutche Welle” yazır ki, 30 nəfərə qarşı təhqiqat “dezinformasiya və manipulyativ kontent”in yayılması və Ərdoğanın təhqir olunmasına görə başladılıb.

67 yaşlı Ərdoğanən səhhətilə bağlı spekulyasiya getdikcə artır. Bu yaxınlarda yayılmış videoda onun ayaq üstə çətinliklə dayandığı, addımladığı hiss olunub. İyulda bayram mesajında isə yaxşı görünməyib, nitqi bəzən aydın eşidilməyib.

Prezidentin köməkçiləri isə çərşənbə günü – noyabrın 3-də onun İstanbuldan Ankaraya uçuşdan sonra sürətlə yeriməsinin videosunu yaymaqla şayiələri azaltmağa çalışıblar.

AKP-nin tədbirinə qatılmayıb

Ötən ay prezidentin xəstə olması haqda şayiə yayılanda Ərdoğanın kommunikasiya ofisi onun basketbol oynayan yerdə videosunu yaymışdı.

Anadolu dövlət xəbər agentliyi isə noyabrın 3-də Ərdoğanın paytaxt Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyevlə görüşündən foto yayıb.

Bununla belə, elə dünən – noyabrın 3-də Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətinin 19 illiyinə həsr olunmuş mərasimə qatılmayıb.

O, bazar günü Romada ABŞ Prezidenti Co Baydenlə Böyük İyirmiliyin sammiti çərçivəsində görüşüb. Daha sonra Qlazqoya COP26 iqlim konfransına getməli olan prezident Türkiyəyə qayıdıb, təhlükəsizlik protokolu ilə bağlı mübahisə yaranması əsas gətirilib.

XS
SM
MD
LG